İşlə tanış olmaq üçün vəkilə hər cild üçün 5 saat vaxt verilməlidir. - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

İşlə tanış olmaq üçün vəkilə hər cild üçün 5 saat  vaxt verilməlidir.

 

 

Bildiyimiz kimi cinayət işlərində vəkillər iş materialları ilə tanış olarkən müəyyən vaxt məhdudiyyətləri ilə üzləşirlər.  İstintaq aparan orqan çalışır ki, vəkil mümkün qədər qısa vaxta işlə tanış olub qurtarsın ki, prosessual müddətləri pozmadan işin məhkəməyə göndərilməsinə nail olsun.

Cinayə Prosessual Məcəllənin 285.4-cü maddəsində iş materialları ilə tanış olmaq üçün kifayət olan vaxt anlayışından istifadə edilir. Bəs bu kifayət olan vaxt obyketiv olaraq necə müəyyən edilməlidir?

Bizim fikirmizcə burda köməyimizə yetkinlik yaşına çatmış şəxslər üçün qəbul edilmiş oxuma normaları gəlməlidir. Hasbrouck və Tindal oxuma normaları  var və həmin normalara görə  yetkinlik yaşına çatmış insanların oxuma sürəti 1 dəqiqədə 280-330 söz həcmindədir.  Bir A4 səhifədə isə təxminən 320-330 söz olur. Cinayət işi materiallarının bir cildində 300 səhifə olduğunu qəbul etsək o zaman ən sürətli oxuyan vəkil üçün 1 cildi oxumağa 5 saat vaxt lazımdır (fasiləsiz, qeydlər aparmadan və təhlil etmədən) iş materiallarının 10 cild olduğunu qəbul etsək deməli vəkilə işlə tanış olmaq üçün ən azı 6 -7 iş günü vaxt verilməlidir.

 

Oxuma normaları ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.

 

https://scholarwithin.com/average-reading-speed

Bizimlə əlaqə üçün: +994 50 224 85 05