Əcnəbi İşçilərin Əmək Fəaliyyəti

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

90 GÜNDƏN ARTIQ ƏMƏK FƏALİYYƏTİNƏ CƏLB OLUNAN ƏCNƏBİ İŞÇİLƏRƏ İŞ İCAZƏSİNİN ALINMASI MÜTLƏQDİR!

Əcnəbi İşçilərin Əmək Fəaliyyəti

Əcnəbi İşçilərin Əmək Fəaliyyəti

 

Bildiyimiz kimi, Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də əcnəbilərin hüquqlarının təmin olunması qaydaları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinə əsasən:

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
  • Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

Yuxarıda qeyd edilən maddələrdən də göründüyü kimi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları kimi eyni hüquqlara malik olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən,

  • Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
  • Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
Əcnəbilərin Hüquq Bərabərliyi

Göründüyü kimi, əcnəbilər  Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malik olsalar da, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər qoyula bilər. Dövlət işsizliyin aradan qaldırılması, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq məqsədi ilə bütün imkanlardan istifadə edir. Belə ki, dövlət vətəndaşların aldığı təhsil səviyyəsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin işlə təmin olunması üçün şərait yaradır. Buna görə də, ilk öncə işçilərin əmək fəaliyyətinə cəlb olunmasında vətəndaşlara üstünlük verilir.

Əmək Müqaviləsi

İşçi Azərbaycan Respublikası vətəndaşı olduqda, işəgötürənlə qarışılıqlı razılıq əsasında əmək müqaviləsi bağlandıqdan sonra tərəflər arasında əmək münasibətləri tənzimlənir. İşəgötürən tərəfindən işçinin təhsilinin olması barədə, tibbi arayış kimi əlavə sənədlərə yalnız iş şəraitindən asılı olaraq zəruri olduğu hallarda tələb edilə bilər.

Miqrasiya Məcəlləsi

İşçi əcnəbi olduqda onun əmək fəaliyyətinə cəlb edilməsi vətəndaşlardan fərqli qaydada tənzimlənir. Belə ki, Əcnəbilərin işə cəlb edilməsi qaydaları ətraflı olaraq “Miqrasiya Məcəlləsi ilə tənzimlənir”. Əcnəbilər əmək fəaliyyətinə cəlb olunarkən vətəndaşlardan fərqli olaraq, qanunvericilikdə nəzərdə tutulan  tələblərə əməl edərək ilk növbədə iş icazəsi alaraq, sənədlər təqdim etməlidir.

Məcəllənin 61.1-ci Maddəsi

Miqrasiya Məcəlləsinin 61.1-ci maddəsinə əsasən,  18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Fəaliyyətin Müddəti

Yalnız qanunvericilikdə nəzərdə tutulmuş bir sıra hallarda əcnəbilərdən iş icazəsinin alınması tələb olunmur. İşçiyə verilən əmək visasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. Belə ki, 90 gündən artıq əmək fəaliyyətinə cəlb olunan işçilərə iş icazəsinin alınması mütləqdir.

İş icazəsi alınarkən yuxarıda qeyd edildiyi kimi, əcnəbi işçinin işə cəlb edilməsinin zəruriliyini əsaslandırmaq məqsədi ilə bir sıra əlavə sənədlər tələb olunur. Bunlara aiddir:

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış

……………………………..

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?