Dil biliklərinə görə diplomun tanınmasından imtina oluna bilməz!
Dil Biliklərinə Görə Diplomun Tanınması
Vətəndaşın Məhkəməsi
Bir vətəndaşımız Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X Akademiyası”nda “Menecment və İnzibatçılıq” ixtisası üzrə 4 il əyani bakalavr təhsili almışdır. Ona həmin təhsil müəssisəsini bitirməsi barədə 2018-ci ildə diplom verilmiş və 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Şəxs ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək diplom üzrə ixtisasın tanınmasını və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
Müraciətə Cavab
Müraciətinə cavab olaraq bildirilmişdir ki, X Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Buna görə də vətəndaş birinci instansiya məhkəməsinə müraciət etmişdir.
İnzibatı Məhkəmə
Bakı İnzibati Məhkəməsi işə baxaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mövqeyini haqlı hesab etmiş və iddianı rədd etmişdir. İddiaçı qərardan əpellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası tərəfindən işə baxılaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
Nəticə
Buradan da belə nəticəyə gəlirik ki, ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olub-olmaması diplom üzrə ixtisasın tanınmasını və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas deyil.
Bildiyimiz kimi, bu tip qərarlar Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilən hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipi baxımından, həm də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın müddəaları baxımından önəm kəsb edir.
Belə ki, burada işin faktiki halları nəzərə alınmaqla eyni yanaşma bütün şəxslərə münasibətdə təmin edilməlidir.
……………………………….
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.