Dələduzluq ya mənimsəmə oxşar və fərqli cəhətlər
Dələduzluq və ya mənimsəmə
Günümüzdə mülkiyyət eleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən olan dələduzluq və mənimsəmə və ya israf etmə bir-biri ilə qarışdırılır. Belə ki, Bu cimayət növləri törədilərkən bir sıra hallarda ibtidai araşdırma orqanları, məhkəmələr tərəfindən işin bütün faktiki halları araşdırılmır, cinayəti törətmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmir və nəticə olaraq məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmləri çıxarılır.
Cinayət Məcəlləsi
İlk növbədə hər iki cinayət növünü ayrı-ayrılıqda təhlil edək. Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”dir. Burada cinayətin törədilmə üsulunun etibardan sui-istifadə etmə və ya aldatma, əsas məqsədin isə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə olduğunu görürük. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarında dələduzluq cinayəti geniş şəkildə təhlil olunub. Qərara əsasən, Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.
Yuxarıda da qeyd etdiyimiz kimi dələduzluq cinayəti iki üsullu tərədilir:
- etibardan sui-istifadə etmə
- aldatma.
Aldatma dedikdə
özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
Etibardan sui-istifadə dedikdə isə
əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Təcrübədə əsasən təqsirkar şəxsin zərərçəkmiş şəxslə şəxsi və ya qohumluq əlaqələrindən istifadə edərək dələduzluq cinayətinin törədilməsi halına rast gəlirik.
İndi isə mənimsəmə və ya israf etmə cinayətini təhlil edək.
Mənimsəmə dedikdə
təqsirkar şəxsin ona tapşırılmış, güvənilmiş maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Göründüyü kimi dələduzluq cinayətindən fərqli olaraq burada təqsirkara əmlaka sahiblik, idarəetmə, sərəncam vermə, daşıma, saxlama sələhiyyətləri qabaqcadan xüsusi tapşırıq ilə verilmiş olur. Təqsirkar məhz bu səlahiyyətlərdən istifasə edərək cinayət əməlini törətmiş olur.
İsraf etmə dedikdə isə
təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, müxtəlif formalarda özgəninkiləşdirilməsi nəzərdə tutulur. Mənimsəmədən fərqli olaraq israf etmə zamanı əmlak qeyd etdiyimiz qaydada artıq sərf edildiyi üçün əmlakın mülkiyyətçiyə qaytarılması imkansız olur.
- Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir.
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.