Cibinə narkotik atmağa çalışdılar - Ali Məhkəmə bəraət verdi! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Cibinə narkotik atmağa çalışdılar – Ali Məhkəmə bəraət verdi!

Ali Məhkəmə  Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda  narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli törətməkdə təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul etmişdir.

 

Qərarda qeyd edilir ki, şəxsə yaşadığı ünvan üzrə sahə müvəkkili tərəfindən telefonla zəng vurulmuş və onunla görüşmək üçün sahə müvəkkilinin yanına gəlməsi tələb edilmişdir.  Sahə müvəkkilinin yanına gəlib onunla söhbət etdikdən sonra çölə çıxmış və 150 metr getdikdən sonra 3 nəfər tanımadığı şəxs onun qollarını buraraq avtomobilə otuzdurmuş və cibinə sellofana bükülmüş maddə atmağa çalışmışlar. O buna müqavimət göstərmiş və cibini qolu ilə örtmüşdür. Həmin şəxslər onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar , maşına oturdandan sonra mobil telefonunu götürmüş, bir az sonra da onu söndürmüşlər. Bu üç şəxsdən heç biri konkret şəkildə özünü təqdim etməmiş, amma polis olduqlarını demişlər. Ona bu şəkildə saxlanmasının səbəbləri, nə baş verməsi barədə heç nə deyilməmiş, heç bir sənəd göstərilməmişdir. Şöbəninhəyətinə çatan kimi onun əllərini qabaq hissədən qandallamışlar. Şöbənin həyətində olarkən çöldə bir qapının qarşısında həmin 3 nəfərdən biri – polis əməkdaşı hesab etdiyi Əli adı ilə çağırılan mülki geyimli şəxs yanında dayanaraq onu mühafizə etmişdir. Həmin şəxs saxlandığı ilk andan adını sonradan bildiyi əməliyyatçı Şahid1lə birlikdə olmuşdur. Orada əli qandallı dayandığı vaxtda ona siqaret çəkməsinə imkan verilməsini xahiş etmiş və buna icazə vermişlər. O, əli qandallı vəziyyətdə birtəhər siqaret çəkməyə başlamış və elə o anda onu maşına oturdarkən əlinicibinə salmaq istəyən cavan oğlan yenidən əlini onun gödəkçəsinin cibinə salmağa cəhdetmiş, bu şəxsin əlini tutaraq cibinə salmasına imkan verməmiş və həmin anda o şəxs qəzəblənib ona əl-qol atmağa başlamış və bir dəfə yumruq zərbəsi ilə onun ağız

nahiyəsindən vurub dodağını partlatmışdır. Bu şəxs onu vurmaqla bərabər həm də nalayiq

söyüşlərlə söyüb təhqir etmiş, sakit durmasını tələb etmiş, əks halda onu daha bərk

vuracağını bildirib cəld kiçik sellofan bükülünü onun əynində olan gödəkçəsinin sağ yan

cibinə qoymuşdur. Heydər isə həmin vaxt araya girib bu şəxsin onu daha vurmasına imkan

verməmişdir. O, bacardığı qədər müqavimət göstərməyə çalışmış və imkan tapıb həmin

bükülünü cibindən çıxardıb yerə atmışdır. O anda əməliyyatçı Şahid1 onun yerə atdığı

bükülünü yerdən götürüb adını sonradan bildiyi X9in otağına keçmişdir. Az sonra onun

özünü də Əkbər Hacıyevin otağına aparmışlar və həmin vaxt otaqda X1, Şahid1, əli

qandallı vəziyyətdə o özü olmuşdur. İki dəfə onun cibinə qoyulmağa cəhd edilmiş, sonda

X10 aparıb verdiyi sellofan bükülü isə stolun üstündə olmuşdur. Ona X1 və X2 tərəfindən

təkidlə bildirilmişdir ki, bu bükülünü mütləq cibinə qoymalısan və çəkilişlə onu

çıxartmalıdırlar, qalan hər şey sonra həll olunub gedəcək, bu belə lazımdır və ona lazım

olan köməklik göstəriləcək. Artıq bükülüdə narkotik vasitə olmasını dəqiq başa düşmüşdür.

Sonra da qandalı açıb götürmüşlər. Bütün bunların nəyə görə baş verdiyini, bu bükülünün

ona heç bir aidiyyəti olmadığını deyib, etirazını bildirmiş, həm də Şahid1 yanında olmuş

adını bilmədiyi polis işçisinin artıq iki dəfə – həm saxlanarkən, həm də şöbənin qarşısında

bu bükülünü onun cibinə qoymağa cəhd etdiyini bildirmişdir. X9 və Şahid1 ona başqa heç

nə izah etməmiş, elə bir problem olmayacağını bildirmişlər. İlk dəfə düşdüyü belə

vəziyyətdə daha nə edə biləcəyini düşünə bilməmiş və polis işçilərinin təkidi ilə bükülünü

gödəkçəsinin sağ yan cibinə qoymuş və daha müqavimət göstərməmişdir. Sonra otağa

vəkil də çağırılmışdır. Çəkiliş vaxtı otağa daha başqa bir nəfər tanımadığı şəxs – adını

sonradan bildiyi Şahid2 adlı əməliyat işçisi gəlmişdir. Dəqiq olaraq bildirir ki, o saxlanarkən

Şahid2 olmamış, Yusifi ilk dəfə çəkiliş vaxtı görmüşdür. Xatırladığına görə X3 otağa daxil

olanadək artıq bükülü onun cibinə yerləşdirilmişdir. Çəkiliş vaxtı “Xiaomi” markalı mobil

telefonu, qolbaqla bağlı bir ədəd “GPRS” aparatını, “Pall Mall” markalı siqareti, 20 manat

25 qəpik pulu, iki alışqanı, “Bakı kart” kartını, işləmək üçün üzərində saxladığı iki ədəd

dəmir kəsən mişarın ehtiyat hissəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçıya

həmin vaxt da bir daha bükülünün onun cibinə polis işçisi tərəfindən qoyulduğunu

bildirmişdir. Amma ona fikir verən olmamışdır. Maskasını aşağı çəkib partlamış dodağını

da təhqiqatçıya göstərmiş, amma yenə onu eşidən olmamışdır. Bükülünü zərfə qoyduqdan

sonra təhqiqatçı ona da zərfin üstünü imzalamasını demiş, amma o razılaşmayaraq bu

imzanı etməklə bükülünün ona aid olmasını etiraf etmiş kimi olacağını demişdir. Təhqiqatçı

və Şahid1 onu heç nə olmayacağına birtəhər inandırıb imzalatmışlar. Sonradan protokol

yazılmış, ona da imzalatdırılmış və nə vaxt buraxılacağını gözləməyə başlamışdır. Oraya

çağırılmış vəkilə də bir daha yenə bu bükülüdəki narkotik vasitə olduğu deyilən maddəyə

heç bir aidiyyətinin olmadığını demiş, vəkil də dindirilərkən hər şeyi imkan daxilində olduğu

kimi danışmasını tapşırmışdır. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlandığı

deyilmiş, amma sonradan bilmişdir ki, ümumiyyətlə onu daha ağır maddə ilə ittiham

verərək heroin satan şəxs kimi təqsirləndirirlər. Dodağındakı polis əməkdaşının yumruqla

vurduğu xəsarətlə bağlı təkidlə müstəntiqə bildirmiş, ifadəsində yazmış və barəsində tibbi

ekspertiza da keçirilmiş, xəsarəti rəsmən təsdiqlənmişdir.Şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin NarkotiklərləMübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə «X4» adlı Bakı şəhər sakininin narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlamasıbarədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəsmi raportla müraciətedib idarə rəhbərliyinə məlumat vermiş və əməliyyat tədbirlərinin keçirilməsinə icazəistəmişdir. Raportuna baxıldıqdan sonra bu məlumatı yoxlamaq məqsədilə rəhbərliyintapşırığı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş,həmin qərar rəhbərlik tərəfindən təsdiq olunmuş və sonra idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupa o özü və idarənin Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat

müvəkkili,polis serjantı Şahid2 daxil edilmişlər. Bundan sonra o, X3 ə birlikdə günorta vaxtı

saat təxminən 14-15 radələrində ünvan 6 ünvanda yerləşən “Həyat Kabab Evi” adlı

yeməkxananın qarşısında Rişad adlı şəxsi saxlamış, anket məlumatlarını soruşub

Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Saxlanarkən Təqsirləndirilən şəxs

onlara heç bir müqavimət göstərməmiş, çox sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla

getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir narazılıq ifadə etmədən

razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparıb X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən

şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə

videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış

başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb

təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir

mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart”

kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan

cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim

etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik

vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur.

Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar

olunmamışdır. Bundan sonra aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və

iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara

imzalatdırılmışdır.Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid1qeyd olunan ifadəsində əhəmiyyətli dəqiqləşdirmələr apararaq həm də ibtidai istintaq

zamanı verdiyi ifadəsindən fərqli məqamları təsvir etməklə bildirmişdir ki, Təqsirləndirilən

şəxs ilə bağlı məlumat əslində 11 mart 2021-ci il tarixdə deyil, bundan 3 gün əvvəl – 08

mart 2021-ci il tarixdə daxil olmuş, bu məlumatla bağlı onun təşəbbüsü ilə əməliyyat-

qeydiyyat işi açılmış, Təqsirləndirilən şəxs barəsində elə həmin gündən bilavasitə onun

özü tərəfindən əməliyyat tədbirləri keçirilməyə başlanılmış, konkret olaraq dərhal bu şəxsi

müəyyən edib həmin gündən izləməyə başlamışdır. Təqsirləndirilən şəxs, o cümlədən 11

mart 2021-ci il tarixdə də səhər saat 09:00-dan, ola bilsin ki, hətta saat doqquza

qalmışdan etibarən izləməyə başlamışdır. Amma Təqsirləndirilən şəxs həmin gün sahə

müvəkkili Şahid3 yanına getməsini, sahə müvəkkilinin xidməti iş yerinə girməsini, yaxud

oradan çıxmasını görməmişdir. Həm də saxlanarkən əslində hər bir insanda ola biləcəyi

kimi Təqsirləndirilən şəxs da əvvəlcə qaçmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs tutub

saxlayarkən o yenə də dartınıb əllərindən çıxmaq istəmiş və ola bilsin ki, məhz həmin

məqamda Təqsirləndirilən şəxs dodağı yaxınlığında olduqları binanın divarına sürtünərək

xəsarət almışdır. Təqsirləndirilən şəxs özünün idarə etdiyi qara rəngli “Hyundai Elantra”

markalı maşına mindirib şöbəyə gətirəndən sonra da təhqiqatçının yanına aparmazdan

əvvəlTəqsirləndirilənşəxsbayırdasiqaretçəkməküçünimkanyaratmışlar.Təqsirləndirilən şəxs siqaret çəkdiyi vaxt onun cibindən sellofan bükülünü çıxardıb yerə

atdığını görmüşdür. Təqsirləndirilən şəxs bükülünü yerə atmasını Şahid2 da görmüşdür.

Özü şəxsən yaxınlaşıb o bükülünü yerdən götürmüş və Təqsirləndirilən şəxs yenidən

cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən şəxs bununla qəti razılaşmamış,

cibinə qoymağa da imkan verməmişdir. Ona görə də o özü həmin bükülünü aparıb xidməti

otağında X9ə təqdim etmişdir ki, keçiriləcək şəxsi axtarış zamanı onun Təqsirləndirilən

şəxs üstündə olması ilə bağlı lazımi sənədləşdirmə aparsın. Bundan sonra çöldə

dayanmış Təqsirləndirilən şəxs da təhqiqatçının otağına aparmış, təhqiqatçı da ona necə

yerə tullayıbsa, elə də götürüb cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən

şəxs heç cür razılaşmamışdır. Təhqiqatçı ondan bu bükülünün onun cibində olub-

olmamasını soruşmuş, Təqsirləndirilən şəxsda həmin bükülünü az əvvəl polis

əməkdaşının onun cibinə qoyduğunu, bu bükülünün ona heç bir aidiyyəti olmadığı üçün

onu çıxardıb yerə tulladığını bildirmişdir. Təklif edilmişdir ki, yerə tullayanadək hansı

cibində olubsa, həm də ona aid olmadığını da bildirirsə, eləcə qaytarıb qoysun cibinə,

sonra dediyini yenə desin, ona aidiyyəti olmadığını bildirsin. Orada videoçəkiliş

aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin bükülünün Təqsirləndirilən şəxs üstündən

aşkar edilməsi sənədləşdirilmişdir. Amma Təqsirləndirilən şəxs çəkiliş vaxtı da özünü

müdafiə etmək üçün həmin bükülünün ona məxsus olmadığını, bükülünü cibinə polis

əməkdaşlarının qoyduğunu bildirmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin sabiqəməkdaşı Şahid2 göstərmişdir ki, 2021-ci ilin aprel ayında öz xahişi ilə daxili işlərorqanlarından xidmətdən uzaqlaşmışdır.11 mart 2021-ci il tarixdə Xətai rayon Polisİdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatla əlaqədar

idarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə

əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat

qrupunda elə iki nəfər, yəni Heydərlə o özü olmuşdur. Beləliklə, elə həmin gün

Təqsirləndirilən şəxs adlı şəxslə bağlı keçirilən əməliyyat tədbirində iştirak etmişdir. İştirakı

isə bundan ibarət olmuşdur ki, həmin gün günorta saatlarında Heydərlə birlikdə ünvan 6

ünvana getmiş, binanın həyətində yerləşən “Həyat Kabab Evi” adlı yeməkxananın

qarşısında Təqsirləndirilən şəxs aşkar edib saxlamışlar. Saxlanarkən Təqsirləndirilən şəxs

sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən

şəxssaxlamaq üçün onlar yalnız ikisi – özü və X2 getmişlər, yanlarında başqa şəxs

olmamışdır. Təqsirləndirilən şəxs da heç bir narazılıq bildirmədən razılaşmış və onu 37-ci

Polis Şöbəsinə aparmışlar. Sonra X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən şəxs

hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə

videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış

başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb

təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir ədəd

mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart”

kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan

cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim

etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik

vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur.

Təqsirləndirilən şəxsüzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar

olunmamışdır. Bundan sonra aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və

iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara

imzalatdırılmışdır.Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid2göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdən başlayaraq izlənməsi,

onun barəsində həmin tarixdən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə heç bir

məlumatı olmamışdır. 11 mart 2021-ci il tarixdə isə əməliyyat tədbirinə qrup rəhbəri olan

əməliyyat müvəkkili Şahid1lə gündüz saat 12 radələrində iş yerindən çıxaraq yollanmışdır.

Təqsirləndirilən şəxs saxlanarkən sahə müvəkkilinin yanından çıxıb gəlməsini bilməmiş,

onun bildiyinə görə bu əməliyyat tədbirləri ilə bağlı sahə müvəkkili ilə heç bir əlaqələri

olmamışdır.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37- ciPolis Şöbəsinin təhqiqatçısı X4 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə xidmət etdiyi

şöbəyə Xətai rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən narkotik

vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gətirilmişdir.

Təhqiqatçı kimi yalnız öz xidməti otağında olmuş, otaqdan kənarda nə baş verməsindən,

şübhəli şəxsin hansı qaydada gətirilməsindən məlumatsız olmuşdur. Yalnız prosessual

qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşmələr aparmış, müdafiəçinin iştirakını

təmin etmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə prosessual hərəkətini

aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bükülünü çıxardıb təqdim

etmişdir. Onun üzərində hazırda xatırlamadığı digər şəxsi əşyaları da olmuşdur. Şəxsi

axtarış zamanı Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi bükülü barədə

bildirmişdir ki, bu bükülünü onun cibinə polis əməkdaşları qoymuşlar. Qeyd olunan şəxsi

axtarış və götürmə hərəkətinin keçirilməsindən xeyli vaxt keçdiyinə görə digər detalları

xatırlamır.

İş materiallarında olan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasındakeçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid1 dediklərini tam

inkar etmiş, heroinin ona məxsus olmadığını, saxlanmasında polis əməkdaşı kimi bildiyi

X6 adlı və adını bilmədiyi digər şəxsin də iştirak etdiyini, həmin adını bilmədiyi şəxsin onu

vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis əməkdaşı kimi bildiyi şəxs tərəfindən

cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan cibinə bükülü atılmağa cəhd edilməsinin

digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş vərəqə 66-70).İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirməistintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid2 dediklərini təsdiqləməyərək, Şahid2

yalnız üzərinə baxış keçirilərkən gördüyünü, heroinin ona məxsus olmadığını,

saxlanmasında polis əməkdaşı kimi bildiyi X6 adlı və adını bilmədiyi digər şəxsin də iştirak

etdiyini, həmin adını bilmədiyi şəxsin onu vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis

əməkdaşı kimi bildiyi şəxs tərəfindən cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan

cibinə bükülü atılmağa cəhd edilməsinin digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş

vərəqə 61-65).Şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokoldan vəTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD

formatlı diskə baxış keçirilməsi barədə 13 mart 2021-ci il tarixli protokoldan görünür ki,

Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd

şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bükümü çıxarıb təqdim edərək həmin

bükümün ona məxsus olmadığını, polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu

bildirmişdir (cild 1, iş vərəqə 34-35, 109-110).Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək qeyd edir ki, aşağı instansiyasıməhkəmələri haqlı olaraq hesab etmişlər ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın

əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrini, habelə

şahidlər – Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid2, X2 ifadələrini,

Təqsirləndirilən şəxsla şahidlər Şahid1 və Şahid2 üzləşdirilməsi protokollarını, “şəxsi

axtarış və götürmə aparılması haqqında” 11 mart 2021-ci il tarixli və Təqsirləndirilən şəxs

üzərinə şəxsi axtraış keçirilməsinin görüntüsü olan DVD formatlı “diskə baxış keçirilməsi

haqqında” 13 mart 2021-ci il tarixli protokollarını, 26 noyabr 2019-cu il tarixli “xxxx” mobil

operatorundan daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokolu, məhkəmə-

kimyəvi ekspertizasının 12 mart 2021-ci il tarixli, 6/1018 saylı rəyini, məhkəmə-narkoloji

ekspertizasının 26 aprel 2021-ci il tarixli, 1240 saylı rəyini Təqsirləndirilən şəxs qarşı

ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə

irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə

bilməz.Həmçinin, ittiham aktında sübut kimi istinad olunan şəxsi axtarış və götürməaparılması barədə 11 mart 2021-ci il tarixli protokolla və ona əlavə olunmuş DVD disklə

bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat qrupunun rəhbəri olmuş Şahid1

məhkəmədə verdiyi ifadəsində içərisində heroin olan bükülünü şəxsi axtarış və götürmə

aparılmasının rəsmiləşdirilməsi üçün təhqiqatçıya şəxsən özünün aparıb verdiyini

bildirmişdir. Təqsirləndirilən şəxs bu məqamla bağlı verdiyi ifadənin, polis əməkdaşı

Şahid1 Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi ilə tam üst-üstə düşən məzmunda

ifadəsinin mövcudluğu, habelə işin digər çoxsaylı faktiki hallarının mövcudluğu şəraitində

artıq şəxsi axtarış və götürmə aparılması barədə protokolun sübut kimi qəbul edilməsi

mümkünsüzdür.Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq yazılı protokolda əksolunmuş çoxsaylı məqamlar, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual

Məcəlləsinin 19, 20, 26, 90, 96-97, 222-ci maddələrinin izahı videoçəkilişdə yoxdur.

Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyən şəxslər tərəfindən

saxlanıb maşına mindirildikdə sağ tərəfdəki şəxsin əlini cibinə salmaq istədiyini, ona görə

də cibini sıxdığını, şöbəyə gəldikdən sonra həmin şəxsin əlini yenə onun cibinə salaraq

cibinə bükülünü atdığını bildirir, sonradan bunu israrla təkrar edir və bükülünün də

içərisində nə olduğunu bilmədiyini deyir, protokolda yazıldığı kimi «polis əməkdaşları

tərəfindən» deyil, bir nəfər əməkdaş tərəfindən qoyulduğunu müəyyən edilmişdir. Şəxsi

axtarışın rəsmiləşdirilməsi prosesində Təqsirləndirilən şəxs yenidən təhqiqatçıya müraciət

edərək onun cibinə həmin bükülünün polis əməkdaşı tərəfindən qoyulduğunu, həmin

bükülünü cibinə qoyulmasına etiraz etdikdə isə həmin şəxsin dodağını vurub partlatdığını

deməsi və digər məqamların heç biri tərtib edilmiş protokolun məzmununda əks

etdirilməmişdir.İş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və baş vermiş hadisənin hərtərəfli, tam,obyektiv araşdırılmasından ötrü sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər

və yekun nəticəyə gəlməyə imkan verilməsində əhəmiyyət kəsb etdiyindən məhkəmə

tərəfindən müvafiq qərarla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil

telefon nömrəsinə 11 mart 2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahıları, SMS

mətnlərinin açıqlamaları, həmin nömrədən daxil olan və çıxan zənglərin abunəçilərinin tam

anket məlumatları və hansı antenalar tərəfindən qeydiyyata alınması barədə məlumatlar

“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir.Məhkəmə istintaqı zamanı əldə edilmiş həmin məlumatlar tədqiq edilərkən müəyyənedilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon

nömrəsi ilə sahə müvəkkili Şahid3 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında

11 mart 2021-ci il tarixdə saat 11:43 dəqiqədə 110 saniyə, saat 12:10 dəqiqədə 11 saniyə,

saat 12:37 dəqiqədə 19 saniyə, saat 13:18 dəqiqədə 43 saniyə davam edən danışıqlar

qeydə alınmışdır. Bu fakt isə Şahid3 və təqsirləndirilən şəxsin sonuncunun sahə

müvəkkilinin iş yerinə dəvət edilməsi ilə bağlı görüşədək olan telefon danışıqları və görüş

vaxt ilə bağlı ifadələrində göstərdikləri xüsusatları, həmin xüsusatların obyektiv həqiqəti

əks etdirdiyini təsdiqləyir. Artıq saat 13:39 dəqiqədən sonra isə Təqsirləndirilən şəxs

istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsi yalnız bir dairədə – “Bakı

şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1A/Khatai” anten dairəsində, yəni Xətai

rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin də yerləşdiyi yeri əhatə edən ərazidə qeydə

alınmış, telefon saat 13:41 dəqiqəyədək aktiv olmuş, 15 dəfə eyni anten dairəsində

aktivləşmiş, bundan sonra söndürülmüşdür. Texniki rabitə kanallardan əldə olunmuş bu

təkzibedilməz məlumatlar təqsirləndirilən şəxsin sahə müvəkkilinin yanında təxminən 5-10

dəqiqə olması, onun yanından çıxdıqdan sonra təxminən 150 metr aralandıqdan, vaxt

etibarilə isə 8-10 dəqiqədən sonra saxlanmasını birbaşa təsdiq edir.Bu dəqiq məlumatlar isə irəli sürülmüş ittihamda göstərildiyi kimi Təqsirləndirilən şəxs11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində deyil, bundan bir qədər əvvəl – saat

təxminən 13:40 dəqiqədə saxlandığını təsdiq edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət

işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci

bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası

CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli

şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər.

Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs

təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli

və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının

düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki,

şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi

axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə

buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini

Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq

həll etməlidir.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraqqeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə

təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu

halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu

şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan

şübhələr X5 xeyrinə təfsir edilməlidir.Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiqedilmiş sübutlar, Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi,

şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri,

ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət

olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz

olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta

yetirilməmişdir.Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayəttörətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid

biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübutolunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda,

onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraqTəqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə

təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta

yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki,

Təqsirləndirilən şəxs əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda

narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən

sübutlar kifayət qədər deyildir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordoİspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər

məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri

təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə

olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə

təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilənşəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq

tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna

müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun.Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görəcinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin

Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını

təmin etməlidirlər.Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının vəazadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin

hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verənKonstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət

prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına

hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol

verilməz olduğunu ehtiva edir.Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsitərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-

in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini

əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə

prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş,

məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini

yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin

tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Təqsirləndirilən şəxs

satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması

cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir.

Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayətişinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya

protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də

hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il

tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə

əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız

olduğundan,protesttəminedilmədən,həminhökmisədəyişiklikedilmədənsaxlanılmalıdır.

 

 

 

Əvvəllər oğurluq əməli törətmiş və həmin

əməlindən çox peşman olmuş, məhkəmə də onun əməlinin xarakterini, ailə vəziyyətini

nəzərə alıb ona həbslə bağlı olmayan cəza – azadlığın məhdudlaşdırılması cəzası təyin

etmiş, ayağına da qolbaq vurulmuşdur. 11 mart 2021-ci il tarixdə saat 12 radələrində

yaşayış yeri üzrə sahə müvəkkili Təyyar müəllim onun istifadə etdiyi 055-684- 44-29 saylı

mobil nömrəyə zəng edib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə

bağlı polis orqanında hansısa qeydiyyatın aparılması və söhbət üçün yanına dəvət

etmişdir. Sahə müvəkkilinin yanına gedib çatana qədər onunla bir neçə dəfə telefonda

danışdığını, artıq çatmaqda olduğunu dediyini xatırlayır. Təyyar müəllim ona telefonda

həm də qolbaqla bağlı sənədlərini də gətirməsini tapşırmışdır. Təyyar müəllimlə son

zəngləşməsindən bir neçə dəqiqə sonra – saat təxminən 13:20 dəqiqədə onun yanına

çatmış, Təyyar müəllimin iş otağında oturub təxminən 5-10 dəqiqə ərzində verdiyi sualları

cavablandırmış, gətirdiyi sənədləri təqdim etmişdir. Sahə müvəkkilinin iş otağından

təxminən 150 metr aralıda həyətdə yerləşən «Həyat» adlı kabab evinin qarşısından

keçəndə, yəni sahə rəisinin yanından çıxandan təxminən 8-10 dəqiqə sonra qəflətən ona

tərəf üç nəfər mülki geyimli şəxs qaçaraq yaxınlaşmış, çatan kimi həmin şəxslərdən biri

onun hər iki qolundan tutub qucaqlamış, tərpənməyə imkan verməmişdir. Səs-küy

yaranmağa başladığını hiss edən bu şəxslər onu dərhal «Doblo» markalıya bənzətdiyi ağ

rəngli, qabaq hissəsində dövlət qeydiyyat nişanı olmayan avtomobilə əyləşdirmişlər.

Avtomobilə əyləşdirəndə digər iki nəfərdən birinin – nisbətən çox cavan görünən şəxsin

əlini onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salmağa çalışdığını aşkar

hiss etmişdir. Bunu hiss edən kimi sağ qolunu cibinin üstü tərəfdən bədəninə dirəyib həmin

şəxsin əlini onun cibinə salmasına imkan verməmiş, həmin şəxs cəhdini davam etdirsə də,

o, müqavimət göstərmiş, bunu görən o şəxs əlini çəkmişdir. Onu maşınla Xətai rayon Polis

İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. Xatırlayır ki, maşına oturdandan sonra mobil

telefonunu götürmüş, bir az sonra da onu söndürmüşlər. Bu üç şəxsdən heç biri konkret

şəkildə özünü təqdim etməmiş, amma polis olduqlarını demişlər. Ona bu şəkildə

saxlanmasının səbəbləri, nə baş verməsi barədə heç nə deyilməmiş, heç bir sənəd

göstərilməmişdir.Şöbəninhəyətinəçatankimionunəlləriniqabaqhissədənqandallamışlar. Şöbənin həyətində olarkən çöldə bir qapının qarşısında həmin 3 nəfərdən

biri – polis əməkdaşı hesab etdiyi Əli adı ilə çağırılan mülki geyimli şəxs yanında

dayanaraq onu mühafizə etmişdir. Həmin şəxs saxlandığı ilk andan adını sonradan bildiyi

əməliyyatçı Şahid1lə birlikdə olmuşdur. Orada əli qandallı dayandığı vaxtda ona siqaret

çəkməsinə imkan verilməsini xahiş etmiş və buna icazə vermişlər. O, əli qandallı

vəziyyətdə birtəhər siqaret çəkməyə başlamış və elə o anda onu maşına oturdarkən əlini

cibinə salmaq istəyən cavan oğlan yenidən əlini onun gödəkçəsinin cibinə salmağa cəhd

etmiş, bu şəxsin əlini tutaraq cibinə salmasına imkan verməmiş və həmin anda o şəxs

qəzəblənib ona əl-qol atmağa başlamış və bir dəfə yumruq zərbəsi ilə onun ağız

nahiyəsindən vurub dodağını partlatmışdır. Bu şəxs onu vurmaqla bərabər həm də nalayiq

söyüşlərlə söyüb təhqir etmiş, sakit durmasını tələb etmiş, əks halda onu daha bərk

vuracağını bildirib cəld kiçik sellofan bükülünü onun əynində olan gödəkçəsinin sağ yan

cibinə qoymuşdur. Heydər isə həmin vaxt araya girib bu şəxsin onu daha vurmasına imkan

verməmişdir. O, bacardığı qədər müqavimət göstərməyə çalışmış və imkan tapıb həmin

bükülünü cibindən çıxardıb yerə atmışdır. O anda əməliyyatçı Şahid1 onun yerə atdığı

bükülünü yerdən götürüb adını sonradan bildiyi X9in otağına keçmişdir. Az sonra onun

özünü də Əkbər Hacıyevin otağına aparmışlar və həmin vaxt otaqda X1, Şahid1, əli

qandallı vəziyyətdə o özü olmuşdur. İki dəfə onun cibinə qoyulmağa cəhd edilmiş, sonda

X10 aparıb verdiyi sellofan bükülü isə stolun üstündə olmuşdur. Ona X1 və X2 tərəfindən

təkidlə bildirilmişdir ki, bu bükülünü mütləq cibinə qoymalısan və çəkilişlə onu

çıxartmalıdırlar, qalan hər şey sonra həll olunub gedəcək, bu belə lazımdır və ona lazım

olan köməklik göstəriləcək. Artıq bükülüdə narkotik vasitə olmasını dəqiq başa düşmüşdür.

Sonra da qandalı açıb götürmüşlər. Bütün bunların nəyə görə baş verdiyini, bu bükülünün

ona heç bir aidiyyəti olmadığını deyib, etirazını bildirmiş, həm də Şahid1 yanında olmuş

adını bilmədiyi polis işçisinin artıq iki dəfə – həm saxlanarkən, həm də şöbənin qarşısında

bu bükülünü onun cibinə qoymağa cəhd etdiyini bildirmişdir. X9 və Şahid1 ona başqa heç

nə izah etməmiş, elə bir problem olmayacağını bildirmişlər. İlk dəfə düşdüyü belə

vəziyyətdə daha nə edə biləcəyini düşünə bilməmiş və polis işçilərinin təkidi ilə bükülünü

gödəkçəsinin sağ yan cibinə qoymuş və daha müqavimət göstərməmişdir. Sonra otağa

vəkil də çağırılmışdır. Çəkiliş vaxtı otağa daha başqa bir nəfər tanımadığı şəxs – adını

sonradan bildiyi Şahid2 adlı əməliyat işçisi gəlmişdir. Dəqiq olaraq bildirir ki, o saxlanarkən

Şahid2 olmamış, Yusifi ilk dəfə çəkiliş vaxtı görmüşdür. Xatırladığına görə X3 otağa daxil

olanadək artıq bükülü onun cibinə yerləşdirilmişdir. Çəkiliş vaxtı “Xiaomi” markalı mobil

telefonu, qolbaqla bağlı bir ədəd “GPRS” aparatını, “Pall Mall” markalı siqareti, 20 manat

25 qəpik pulu, iki alışqanı, “Bakı kart” kartını, işləmək üçün üzərində saxladığı iki ədəd

dəmir kəsən mişarın ehtiyat hissəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçıya

həmin vaxt da bir daha bükülünün onun cibinə polis işçisi tərəfindən qoyulduğunu

bildirmişdir. Amma ona fikir verən olmamışdır. Maskasını aşağı çəkib partlamış dodağını

da təhqiqatçıya göstərmiş, amma yenə onu eşidən olmamışdır. Bükülünü zərfə qoyduqdan

sonra təhqiqatçı ona da zərfin üstünü imzalamasını demiş, amma o razılaşmayaraq bu

imzanı etməklə bükülünün ona aid olmasını etiraf etmiş kimi olacağını demişdir. Təhqiqatçı

və Şahid1 onu heç nə olmayacağına birtəhər inandırıb imzalatmışlar. Sonradan protokol

yazılmış, ona da imzalatdırılmış və nə vaxt buraxılacağını gözləməyə başlamışdır. Oraya

çağırılmış vəkilə də bir daha yenə bu bükülüdəki narkotik vasitə olduğu deyilən maddəyə

heç bir aidiyyətinin olmadığını demiş, vəkil də dindirilərkən hər şeyi imkan daxilində olduğu

kimi danışmasını tapşırmışdır. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlandığı

deyilmiş, amma sonradan bilmişdir ki, ümumiyyətlə onu daha ağır maddə ilə ittiham

verərək heroin satan şəxs kimi təqsirləndirirlər. Dodağındakı polis əməkdaşının yumruqla

vurduğu xəsarətlə bağlı təkidlə müstəntiqə bildirmiş, ifadəsində yazmış və barəsində tibbi

ekspertiza da keçirilmiş, xəsarəti rəsmən təsdiqlənmişdir.Şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin NarkotiklərləMübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə

«X4» adlı Bakı şəhər sakininin narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlaması

barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəsmi raportla müraciət

edib idarə rəhbərliyinə məlumat vermiş və əməliyyat tədbirlərinin keçirilməsinə icazə

istəmişdir. Raportuna baxıldıqdan sonra bu məlumatı yoxlamaq məqsədilə rəhbərliyin

tapşırığı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş,

həmin qərar rəhbərlik tərəfindən təsdiq olunmuş və sonra idarə rəisinin əmri ilə əməliyyat

qrupu yaradılmış, qrupa o özü və idarənin Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat

müvəkkili,polis serjantı Şahid2 daxil edilmişlər. Bundan sonra o, X3 ə birlikdə günorta vaxtı

saat təxminən 14-15 radələrində ünvan 6 ünvanda yerləşən “Həyat Kabab Evi” adlı

yeməkxananın qarşısında Rişad adlı şəxsi saxlamış, anket məlumatlarını soruşub

Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Saxlanarkən Təqsirləndirilən şəxs

onlara heç bir müqavimət göstərməmiş, çox sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla

getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir narazılıq ifadə etmədən

razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparıb X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən

şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə

videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış

başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb

təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir

mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart”

kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan

cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim

etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik

vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur.

Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar

olunmamışdır. Bundan sonra aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və

iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara

imzalatdırılmışdır.Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid1qeyd olunan ifadəsində əhəmiyyətli dəqiqləşdirmələr apararaq həm də ibtidai istintaq

zamanı verdiyi ifadəsindən fərqli məqamları təsvir etməklə bildirmişdir ki, Təqsirləndirilən

şəxs ilə bağlı məlumat əslində 11 mart 2021-ci il tarixdə deyil, bundan 3 gün əvvəl – 08

mart 2021-ci il tarixdə daxil olmuş, bu məlumatla bağlı onun təşəbbüsü ilə əməliyyat-

qeydiyyat işi açılmış, Təqsirləndirilən şəxs barəsində elə həmin gündən bilavasitə onun

özü tərəfindən əməliyyat tədbirləri keçirilməyə başlanılmış, konkret olaraq dərhal bu şəxsi

müəyyən edib həmin gündən izləməyə başlamışdır. Təqsirləndirilən şəxs, o cümlədən 11

mart 2021-ci il tarixdə də səhər saat 09:00-dan, ola bilsin ki, hətta saat doqquza

qalmışdan etibarən izləməyə başlamışdır. Amma Təqsirləndirilən şəxs həmin gün sahə

müvəkkili Şahid3 yanına getməsini, sahə müvəkkilinin xidməti iş yerinə girməsini, yaxud

oradan çıxmasını görməmişdir. Həm də saxlanarkən əslində hər bir insanda ola biləcəyi

kimi Təqsirləndirilən şəxs da əvvəlcə qaçmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs tutub

saxlayarkən o yenə də dartınıb əllərindən çıxmaq istəmiş və ola bilsin ki, məhz həmin

məqamda Təqsirləndirilən şəxs dodağı yaxınlığında olduqları binanın divarına sürtünərək

xəsarət almışdır. Təqsirləndirilən şəxs özünün idarə etdiyi qara rəngli “Hyundai Elantra”

markalı maşına mindirib şöbəyə gətirəndən sonra da təhqiqatçının yanına aparmazdan

əvvəlTəqsirləndirilənşəxsbayırdasiqaretçəkməküçünimkanyaratmışlar.Təqsirləndirilən şəxs siqaret çəkdiyi vaxt onun cibindən sellofan bükülünü çıxardıb yerə

atdığını görmüşdür. Təqsirləndirilən şəxs bükülünü yerə atmasını Şahid2 da görmüşdür.

Özü şəxsən yaxınlaşıb o bükülünü yerdən götürmüş və Təqsirləndirilən şəxs yenidən

cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən şəxs bununla qəti razılaşmamış,

cibinə qoymağa da imkan verməmişdir. Ona görə də o özü həmin bükülünü aparıb xidməti

otağında X9ə təqdim etmişdir ki, keçiriləcək şəxsi axtarış zamanı onun Təqsirləndirilən

şəxs üstündə olması ilə bağlı lazımi sənədləşdirmə aparsın. Bundan sonra çöldə

dayanmış Təqsirləndirilən şəxs da təhqiqatçının otağına aparmış, təhqiqatçı da ona necə

yerə tullayıbsa, elə də götürüb cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən

şəxs heç cür razılaşmamışdır. Təhqiqatçı ondan bu bükülünün onun cibində olub-

olmamasını soruşmuş, Təqsirləndirilən şəxsda həmin bükülünü az əvvəl polis

əməkdaşının onun cibinə qoyduğunu, bu bükülünün ona heç bir aidiyyəti olmadığı üçün

onu çıxardıb yerə tulladığını bildirmişdir. Təklif edilmişdir ki, yerə tullayanadək hansı

cibində olubsa, həm də ona aid olmadığını da bildirirsə, eləcə qaytarıb qoysun cibinə,

sonra dediyini yenə desin, ona aidiyyəti olmadığını bildirsin. Orada videoçəkiliş

aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin bükülünün Təqsirləndirilən şəxs üstündən

aşkar edilməsi sənədləşdirilmişdir. Amma Təqsirləndirilən şəxs çəkiliş vaxtı da özünü

müdafiə etmək üçün həmin bükülünün ona məxsus olmadığını, bükülünü cibinə polis

əməkdaşlarının qoyduğunu bildirmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin sabiqəməkdaşı Şahid2 göstərmişdir ki, 2021-ci ilin aprel ayında öz xahişi ilə daxili işlər

orqanlarından xidmətdən uzaqlaşmışdır.11 mart 2021-ci il tarixdə Xətai rayon Polis

İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə

məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatla əlaqədar

idarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə

əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat

qrupunda elə iki nəfər, yəni Heydərlə o özü olmuşdur. Beləliklə, elə həmin gün

Təqsirləndirilən şəxs adlı şəxslə bağlı keçirilən əməliyyat tədbirində iştirak etmişdir. İştirakı

isə bundan ibarət olmuşdur ki, həmin gün günorta saatlarında Heydərlə birlikdə ünvan 6

ünvana getmiş, binanın həyətində yerləşən “Həyat Kabab Evi” adlı yeməkxananın

qarşısında Təqsirləndirilən şəxs aşkar edib saxlamışlar. Saxlanarkən Təqsirləndirilən şəxs

sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən

şəxssaxlamaq üçün onlar yalnız ikisi – özü və X2 getmişlər, yanlarında başqa şəxs

olmamışdır. Təqsirləndirilən şəxs da heç bir narazılıq bildirmədən razılaşmış və onu 37-ci

Polis Şöbəsinə aparmışlar. Sonra X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən şəxs

hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə

videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış

başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb

təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir ədəd

mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart”

kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan

cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim

etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik

vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur.

Təqsirləndirilən şəxsüzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar

olunmamışdır. Bundan sonra aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və

iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara

imzalatdırılmışdır.Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid2göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdən başlayaraq izlənməsi,

onun barəsində həmin tarixdən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə heç bir

məlumatı olmamışdır. 11 mart 2021-ci il tarixdə isə əməliyyat tədbirinə qrup rəhbəri olan

əməliyyat müvəkkili Şahid1lə gündüz saat 12 radələrində iş yerindən çıxaraq yollanmışdır.

Təqsirləndirilən şəxs saxlanarkən sahə müvəkkilinin yanından çıxıb gəlməsini bilməmiş,

onun bildiyinə görə bu əməliyyat tədbirləri ilə bağlı sahə müvəkkili ilə heç bir əlaqələri

olmamışdır.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37- ciPolis Şöbəsinin təhqiqatçısı X4 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə xidmət etdiyi

şöbəyə Xətai rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən narkotik

vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gətirilmişdir.

Təhqiqatçı kimi yalnız öz xidməti otağında olmuş, otaqdan kənarda nə baş verməsindən,

şübhəli şəxsin hansı qaydada gətirilməsindən məlumatsız olmuşdur. Yalnız prosessual

qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşmələr aparmış, müdafiəçinin iştirakını

təmin etmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə prosessual hərəkətini

aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bükülünü çıxardıb təqdim

etmişdir. Onun üzərində hazırda xatırlamadığı digər şəxsi əşyaları da olmuşdur. Şəxsi

axtarış zamanı Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi bükülü barədə

bildirmişdir ki, bu bükülünü onun cibinə polis əməkdaşları qoymuşlar. Qeyd olunan şəxsi

axtarış və götürmə hərəkətinin keçirilməsindən xeyli vaxt keçdiyinə görə digər detalları

xatırlamır.

İş materiallarında olan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasındakeçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid1 dediklərini tam

inkar etmiş, heroinin ona məxsus olmadığını, saxlanmasında polis əməkdaşı kimi bildiyi

X6 adlı və adını bilmədiyi digər şəxsin də iştirak etdiyini, həmin adını bilmədiyi şəxsin onu

vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis əməkdaşı kimi bildiyi şəxs tərəfindən

cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan cibinə bükülü atılmağa cəhd edilməsinin

digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş vərəqə 66-70).İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirməistintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid2 dediklərini təsdiqləməyərək, Şahid2

yalnız üzərinə baxış keçirilərkən gördüyünü, heroinin ona məxsus olmadığını,

saxlanmasında polis əməkdaşı kimi bildiyi X6 adlı və adını bilmədiyi digər şəxsin də iştirak

etdiyini, həmin adını bilmədiyi şəxsin onu vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis

əməkdaşı kimi bildiyi şəxs tərəfindən cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan

cibinə bükülü atılmağa cəhd edilməsinin digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş

vərəqə 61-65).Şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokoldan vəTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD

formatlı diskə baxış keçirilməsi barədə 13 mart 2021-ci il tarixli protokoldan görünür ki,

Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd

şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bükümü çıxarıb təqdim edərək həmin

bükümün ona məxsus olmadığını, polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu

bildirmişdir (cild 1, iş vərəqə 34-35, 109-110).Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək qeyd edir ki, aşağı instansiyasıməhkəmələri haqlı olaraq hesab etmişlər ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın

əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrini, habelə

şahidlər – Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid2, X2 ifadələrini,

Təqsirləndirilən şəxsla şahidlər Şahid1 və Şahid2 üzləşdirilməsi protokollarını, “şəxsi

axtarış və götürmə aparılması haqqında” 11 mart 2021-ci il tarixli və Təqsirləndirilən şəxs

üzərinə şəxsi axtraış keçirilməsinin görüntüsü olan DVD formatlı “diskə baxış keçirilməsi

haqqında” 13 mart 2021-ci il tarixli protokollarını, 26 noyabr 2019-cu il tarixli “xxxx” mobil

operatorundan daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokolu, məhkəmə-

kimyəvi ekspertizasının 12 mart 2021-ci il tarixli, 6/1018 saylı rəyini, məhkəmə-narkoloji

ekspertizasının 26 aprel 2021-ci il tarixli, 1240 saylı rəyini Təqsirləndirilən şəxs qarşı

ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə

irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə

bilməz.Həmçinin, ittiham aktında sübut kimi istinad olunan şəxsi axtarış və götürməaparılması barədə 11 mart 2021-ci il tarixli protokolla və ona əlavə olunmuş DVD disklə

bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat qrupunun rəhbəri olmuş Şahid1

məhkəmədə verdiyi ifadəsində içərisində heroin olan bükülünü şəxsi axtarış və götürmə

aparılmasının rəsmiləşdirilməsi üçün təhqiqatçıya şəxsən özünün aparıb verdiyini

bildirmişdir. Təqsirləndirilən şəxs bu məqamla bağlı verdiyi ifadənin, polis əməkdaşı

Şahid1 Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi ilə tam üst-üstə düşən məzmunda

ifadəsinin mövcudluğu, habelə işin digər çoxsaylı faktiki hallarının mövcudluğu şəraitində

artıq şəxsi axtarış və götürmə aparılması barədə protokolun sübut kimi qəbul edilməsi

mümkünsüzdür.Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq yazılı protokolda əksolunmuş çoxsaylı məqamlar, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual

Məcəlləsinin 19, 20, 26, 90, 96-97, 222-ci maddələrinin izahı videoçəkilişdə yoxdur.

Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyən şəxslər tərəfindən

saxlanıb maşına mindirildikdə sağ tərəfdəki şəxsin əlini cibinə salmaq istədiyini, ona görə

də cibini sıxdığını, şöbəyə gəldikdən sonra həmin şəxsin əlini yenə onun cibinə salaraq

cibinə bükülünü atdığını bildirir, sonradan bunu israrla təkrar edir və bükülünün də

içərisində nə olduğunu bilmədiyini deyir, protokolda yazıldığı kimi «polis əməkdaşları

tərəfindən» deyil, bir nəfər əməkdaş tərəfindən qoyulduğunu müəyyən edilmişdir. Şəxsi

axtarışın rəsmiləşdirilməsi prosesində Təqsirləndirilən şəxs yenidən təhqiqatçıya müraciət

edərək onun cibinə həmin bükülünün polis əməkdaşı tərəfindən qoyulduğunu, həmin

bükülünü cibinə qoyulmasına etiraz etdikdə isə həmin şəxsin dodağını vurub partlatdığını

deməsi və digər məqamların heç biri tərtib edilmiş protokolun məzmununda əks

etdirilməmişdir.İş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və baş vermiş hadisənin hərtərəfli, tam,obyektiv araşdırılmasından ötrü sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər

və yekun nəticəyə gəlməyə imkan verilməsində əhəmiyyət kəsb etdiyindən məhkəmə

tərəfindən müvafiq qərarla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil

telefon nömrəsinə 11 mart 2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahıları, SMS

mətnlərinin açıqlamaları, həmin nömrədən daxil olan və çıxan zənglərin abunəçilərinin tam

anket məlumatları və hansı antenalar tərəfindən qeydiyyata alınması barədə məlumatlar

“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir.Məhkəmə istintaqı zamanı əldə edilmiş həmin məlumatlar tədqiq edilərkən müəyyənedilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon

nömrəsi ilə sahə müvəkkili Şahid3 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında

11 mart 2021-ci il tarixdə saat 11:43 dəqiqədə 110 saniyə, saat 12:10 dəqiqədə 11 saniyə,

saat 12:37 dəqiqədə 19 saniyə, saat 13:18 dəqiqədə 43 saniyə davam edən danışıqlar

qeydə alınmışdır. Bu fakt isə Şahid3 və təqsirləndirilən şəxsin sonuncunun sahə

müvəkkilinin iş yerinə dəvət edilməsi ilə bağlı görüşədək olan telefon danışıqları və görüş

vaxt ilə bağlı ifadələrində göstərdikləri xüsusatları, həmin xüsusatların obyektiv həqiqəti

əks etdirdiyini təsdiqləyir. Artıq saat 13:39 dəqiqədən sonra isə Təqsirləndirilən şəxs

istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsi yalnız bir dairədə – “Bakı

şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1A/Khatai” anten dairəsində, yəni Xətai

rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin də yerləşdiyi yeri əhatə edən ərazidə qeydə

alınmış, telefon saat 13:41 dəqiqəyədək aktiv olmuş, 15 dəfə eyni anten dairəsində

aktivləşmiş, bundan sonra söndürülmüşdür. Texniki rabitə kanallardan əldə olunmuş bu

təkzibedilməz məlumatlar təqsirləndirilən şəxsin sahə müvəkkilinin yanında təxminən 5-10

dəqiqə olması, onun yanından çıxdıqdan sonra təxminən 150 metr aralandıqdan, vaxt

etibarilə isə 8-10 dəqiqədən sonra saxlanmasını birbaşa təsdiq edir.Bu dəqiq məlumatlar isə irəli sürülmüş ittihamda göstərildiyi kimi Təqsirləndirilən şəxs11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində deyil, bundan bir qədər əvvəl – saat

təxminən 13:40 dəqiqədə saxlandığını təsdiq edilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət

işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci

bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası

CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli

şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər.

Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs

təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli

və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının

düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki,

şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi

axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə

buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini

Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq

həll etməlidir.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraqqeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə

təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu

halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu

şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan

şübhələr X5 xeyrinə təfsir edilməlidir.Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiqedilmiş sübutlar, Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi,

şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri,

ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət

olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz

olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta

yetirilməmişdir.Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayəttörətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid

biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübutolunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda,

onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraqTəqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə

təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta

yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki,

Təqsirləndirilən şəxs əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda

narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən

sübutlar kifayət qədər deyildir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordoİspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər

məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri

təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə

olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə

təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilənşəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq

tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna

müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun.Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görəcinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin

Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını

təmin etməlidirlər.Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının vəazadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin

hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verənKonstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət

prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına

hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol

verilməz olduğunu ehtiva edir.Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsitərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-

in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini

əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə

prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş,

məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini

yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin

tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Təqsirləndirilən şəxs

satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması

cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir.

Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayətişinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya

protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də

hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il

tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə

əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız

olduğundan,protesttəminedilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır.

Bizimlə əlaqə üçün: +994502248505

Sualınız var?