Ali Məhkəmə bəraət verdi!

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Cibinə narkotik atmağa çalışdılar – Ali Məhkəmə bəraət verdi!

Ali Məhkəmə bəraət verdi!

Ali Məhkəmə bəraət verdi!

Ali Məhkəmə  Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda  narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli törətməkdə təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul etmişdir.

 

Qərarda qeyd edilir ki, şəxsə yaşadığı ünvan üzrə sahə müvəkkili tərəfindən telefonla zəng vurulmuş və onunla görüşmək üçün sahə müvəkkilinin yanına gəlməsi tələb edilmişdir.  Sahə müvəkkilinin yanına gəlib onunla söhbət etdikdən sonra çölə çıxmış və 150 metr getdikdən sonra 3 nəfər tanımadığı şəxs onun qollarını buraraq avtomobilə otuzdurmuş və cibinə sellofana bükülmüş maddə atmağa çalışmışlar. O buna müqavimət göstərmiş və cibini qolu ilə örtmüşdür. Həmin şəxslər onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar , maşına oturdandan sonra mobil telefonunu götürmüş, bir az sonra da onu söndürmüşlər. Bu üç şəxsdən heç biri konkret şəkildə özünü təqdim etməmiş, amma polis olduqlarını demişlər. Ona bu şəkildə saxlanmasının səbəbləri, nə baş verməsi barədə heç nə deyilməmiş, heç bir sənəd göstərilməmişdir. Şöbəninhəyətinə çatan kimi onun əllərini qabaq hissədən qandallamışlar. Şöbənin həyətində olarkən çöldə bir qapının qarşısında həmin 3 nəfərdən biri – polis əməkdaşı hesab etdiyi Əli adı ilə çağırılan mülki geyimli şəxs yanında dayanaraq onu mühafizə etmişdir. Həmin şəxs saxlandığı ilk andan adını sonradan bildiyi əməliyyatçı Şahid1lə birlikdə olmuşdur. Orada əli qandallı dayandığı vaxtda ona siqaret çəkməsinə imkan verilməsini xahiş etmiş və buna icazə vermişlər. O, əli qandallı vəziyyətdə birtəhər siqaret çəkməyə başlamış və elə o anda onu maşına oturdarkən əlinicibinə salmaq istəyən cavan oğlan yenidən əlini onun gödəkçəsinin cibinə salmağa cəhdetmiş, bu şəxsin əlini tutaraq cibinə salmasına imkan verməmiş və həmin anda o şəxs qəzəblənib ona əl-qol atmağa başlamış və bir dəfə yumruq zərbəsi ilə onun ağız

nahiyəsindən vurub dodağını partlatmışdır.

Bu şəxs onu vurmaqla bərabər həm də nalayiq söyüşlərlə söyüb təhqir etmiş, sakit durmasını tələb etmiş, əks halda onu daha bərk vuracağını bildirib cəld kiçik sellofan bükülünü onun əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Heydər isə həmin vaxt araya girib bu şəxsin onu daha vurmasına imkan verməmişdir. O, bacardığı qədər müqavimət göstərməyə çalışmış və imkan tapıb həmin bükülünü cibindən çıxardıb yerə atmışdır.

Şahid

O anda əməliyyatçı Şahid1 onun yerə atdığı bükülünü yerdən götürüb adını sonradan bildiyi X9in otağına keçmişdir. Az sonra onun özünü də Əkbər Hacıyevin otağına aparmışlar və həmin vaxt otaqda X1, Şahid1, əli qandallı vəziyyətdə o özü olmuşdur. İki dəfə onun cibinə qoyulmağa cəhd edilmiş, sonda X10 aparıb verdiyi sellofan bükülü isə stolun üstündə olmuşdur. Ona X1 və X2 tərəfindən təkidlə bildirilmişdir ki, bu bükülünü mütləq cibinə qoymalısan və çəkilişlə onu çıxartmalıdırlar, qalan hər şey sonra həll olunub gedəcək, bu belə lazımdır və ona lazım olan köməklik göstəriləcək. Artıq bükülüdə narkotik vasitə olmasını dəqiq başa düşmüşdür.

Sonrakı Mərhələ

Sonra da qandalı açıb götürmüşlər. Bütün bunların nəyə görə baş verdiyini, bu bükülünün ona heç bir aidiyyəti olmadığını deyib, etirazını bildirmiş, həm də Şahid1 yanında olmuş adını bilmədiyi polis işçisinin artıq iki dəfə – həm saxlanarkən, həm də şöbənin qarşısında bu bükülünü onun cibinə qoymağa cəhd etdiyini bildirmişdir. X9 və Şahid1 ona başqa heç nə izah etməmiş, elə bir problem olmayacağını bildirmişlər. İlk dəfə düşdüyü belə vəziyyətdə daha nə edə biləcəyini düşünə bilməmiş və polis işçilərinin təkidi ilə bükülünü gödəkçəsinin sağ yan cibinə qoymuş və daha müqavimət göstərməmişdir.

Sonra otağa vəkil də çağırılmışdır. Çəkiliş vaxtı otağa daha başqa bir nəfər tanımadığı şəxs – adını sonradan bildiyi Şahid2 adlı əməliyat işçisi gəlmişdir. Dəqiq olaraq bildirir ki, o saxlanarkən Şahid2 olmamış, Yusifi ilk dəfə çəkiliş vaxtı görmüşdür. Xatırladığına görə X3 otağa daxil olanadək artıq bükülü onun cibinə yerləşdirilmişdir. Çəkiliş vaxtı “Xiaomi” markalı mobil telefonu, qolbaqla bağlı bir ədəd “GPRS” aparatını, “Pall Mall” markalı siqareti, 20 manat 25 qəpik pulu, iki alışqanı, “Bakı kart” kartını, işləmək üçün üzərində saxladığı iki ədəd dəmir kəsən mişarın ehtiyat hissəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçıya həmin vaxt da bir daha bükülünün onun cibinə polis işçisi tərəfindən qoyulduğunu bildirmişdir. Amma ona fikir verən olmamışdır. Maskasını aşağı çəkib partlamış dodağını da təhqiqatçıya göstərmiş, amma yenə onu eşidən olmamışdır.

Davamı

Bükülünü zərfə qoyduqdan sonra təhqiqatçı ona da zərfin üstünü imzalamasını demiş, amma o razılaşmayaraq bu imzanı etməklə bükülünün ona aid olmasını etiraf etmiş kimi olacağını demişdir. Təhqiqatçı və Şahid1 onu heç nə olmayacağına birtəhər inandırıb imzalatmışlar. Sonradan protokol yazılmış, ona da imzalatdırılmış və nə vaxt buraxılacağını gözləməyə başlamışdır.

Maddə

Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlandığı deyilmiş, amma sonradan bilmişdir ki, ümumiyyətlə onu daha ağır maddə ilə ittiham verərək heroin satan şəxs kimi təqsirləndirirlər. Dodağındakı polis əməkdaşının yumruqla vurduğu xəsarətlə bağlı təkidlə müstəntiqə bildirmiş, ifadəsində yazmış və barəsində tibbi ekspertiza da keçirilmiş, xəsarəti rəsmən təsdiqlənmişdir.Şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin NarkotiklərləMübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə «X4» adlı Bakı şəhər sakininin narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlamasıbarədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəsmi raportla müraciətedib idarə rəhbərliyinə məlumat vermiş və əməliyyat tədbirlərinin keçirilməsinə icazəistəmişdir.

Raporta Baxış

Raportuna baxıldıqdan sonra bu məlumatı yoxlamaq məqsədilə rəhbərliyintapşırığı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş,həmin qərar rəhbərlik tərəfindən təsdiq olunmuş və sonra idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupa o özü və idarənin Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat müvəkkili,polis serjantı Şahid2 daxil edilmişlər. Bundan sonra o, X3 ə birlikdə günorta vaxtı saat təxminən 14-15 radələrində ünvan 6 ünvanda yerləşən “Həyat Kabab Evi” adlıyeməkxananın qarşısında Rişad adlı şəxsi saxlamış, anket məlumatlarını soruşub.Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər.

Saxlanılan Şəxs

Saxlanarkən Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, çox sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir narazılıq ifadə etmədən razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparıb X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart” kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur.

Digər Şəxs

Təqsirləndirilən şəxs dodağı yaxınlığında olduqları binanın divarına sürtünərək xəsarət almışdır. Təqsirləndirilən şəxs özünün idarə etdiyi qara rəngli “Hyundai Elantra” markalı maşına mindirib şöbəyə gətirəndən sonra da təhqiqatçının yanına aparmazdan əvvəl Təqsirləndirilən şəxsbayırda siqaret çəkmək üçün imkan yaratmışlar.Təqsirləndirilən şəxs siqaret çəkdiyi vaxt onun cibindən sellofan bükülünü çıxardıb yerə atdığını görmüşdür. Təqsirləndirilən şəxs bükülünü yerə atmasını Şahid2 da görmüşdür.

Sonrakı Mərhələ

Özü şəxsən yaxınlaşıb o bükülünü yerdən götürmüş və Təqsirləndirilən şəxs yenidən cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən şəxs bununla qəti razılaşmamış, cibinə qoymağa da imkan verməmişdir.  Amma Təqsirləndirilən şəxs heç cür razılaşmamışdır. ülünün ona heç bir aidiyyəti olmadığı üçün onu çıxardıb yerə tulladığını bildirmişdir.

Təklif

Təklif edilmişdir ki, yerə tullayanadək hansı cibində olubsa, həm də ona aid olmadığını da bildirirsə, eləcə qaytarıb qoysun cibinə, sonra dediyini yenə desin, ona aidiyyəti olmadığını bildirsin. Orada videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin bükülünün Təqsirləndirilən şəxs üstündən aşkar edilməsi sənədləşdirilmişdir. Amma Təqsirləndirilən şəxs çəkiliş vaxtı da özünü müdafiə etmək üçün həmin bükülünün ona məxsus olmadığını, bükülünü cibinə polis əməkdaşlarının qoyduğunu bildirmişdir.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin sabiqəməkdaşı Şahid2 göstərmişdir ki, 2021-ci ilin aprel ayında öz xahişi ilə daxili işlərorqanlarından xidmətdən uzaqlaşmışdır.11 mart 2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.

Narkotiklə Mübarizə Bölməsi

Bu məlumatla əlaqədar idarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunda elə iki nəfər, yəni Heydərlə o özü olmuşdur. Beləliklə, elə həmin gün Təqsirləndirilən şəxs adlı şəxslə bağlı keçirilən əməliyyat tədbirində iştirak etmişdir. İştirakı isə bundan ibarət olmuşdur ki, həmin gün günorta saatlarında Heydərlə birlikdə ünvan 6 ünvana getmiş, binanın həyətində yerləşən “Həyat Kabab Evi” adlı yeməkxananın qarşısında Təqsirləndirilən şəxs aşkar edib saxlamışlar. Saxlanarkən Təqsirləndirilən şəxs sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxssaxlamaq üçün onlar yalnız ikisi – özü və X2 getmişlər, yanlarında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs da heç bir narazılıq bildirmədən razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparmışlar.

X9

Sonra X9ə təhvil vermişlər. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur. Təqsirləndirilən şəxsüzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.

Protokol

Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara imzalatdırılmışdır.Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid2göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdən başlayaraq izlənməsi, onun barəsində həmin tarixdən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə heç bir məlumatı olmamışdır. 11 mart 2021-ci il tarixdə isə əməliyyat tədbirinə qrup rəhbəri olan əməliyyat müvəkkili Şahid1lə gündüz saat 12 radələrində iş yerindən çıxaraq yollanmışdır.

Sahə Müvəkkili

Təqsirləndirilən şəxs saxlanarkən sahə müvəkkilinin yanından çıxıb gəlməsini bilməmiş, onun bildiyinə görə bu əməliyyat tədbirləri ilə bağlı sahə müvəkkili ilə heç bir əlaqələri olmamışdır.Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37- ciPolis Şöbəsinin təhqiqatçısı X4 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə xidmət etdiyi şöbəyə Xətai rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gətirilmişdir.Təhqiqatçı kimi yalnız öz xidməti otağında olmuş, otaqdan kənarda nə baş verməsindən, şübhəli şəxsin hansı qaydada gətirilməsindən məlumatsız olmuşdur.

 

Məcəlləsinin 19, 20, 26, 90, 96-97, 222-ci maddələrinin izahı videoçəkilişdə yoxdur.

Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyən şəxslər tərəfindən

………………………….

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?