Öncə şahid sonra təqsirləndirilən şəxs?
Öncə şahid sonra təqsirləndirilən şəxs? Öncə Şahid, Sonra Təqsirləndirilən Şəxs: Hüquqi Proseslərdə Dəyişən Status Hüquqi proseslər zamanı bir şəxsin ilkin mərhələdə şahid qismində dindirilməsi, sonradan isə təqsirləndirilən şəxs statusu alması mümkündür. Bu, araşdırma prosesində yeni sübutların üzə çıxması və həmin şəxsin cinayət hadisəsinə mümkün iştirakı ilə bağlı əsaslı şübhələrin yaranması ilə əlaqədardır. Azərbaycan qanunvericiliyinə görə, şahidin statusunun dəyişməsi zamanı həmin şəxsə hüquqları izah edilir və müdafiə hüququ təmin olunur. Bu, istintaq prosesinin obyektiv və qanuna uyğun aparılmasını təmin etmək məqsədi daşıyır. Praktiki hüquqşünaslıq fəaliyyətimizdə cinayət işinin gedişatında hüquq mühafizə orqanları tərəfindən vətəndaşların öncə şahid qismində dindirilərək (yalan danışdığı halda cinayət məsuliyyəti daşıması qorxusu altında)...
Ardını oxu