Müvəqqəti hərbi xidmətə yollanan vətəndaşın iş yerinə qayıtmaq hüququ
Hərbi xidmətə yollanan vətəndaşın işə geri qayıtması Məsələnin Konstituisya hüquqi aspektləri Burada İşəgötürənin sahibkar kimi,İşçinin isə vətəndaş olaraq bir sıra hüquq və vəzifələrini qarşılıqlı təhlil və müqayisə etmək lazımdır. Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 59-cu maddəsinin II hissəsinə əsasən Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Bu normaların məzmunundan göründüyü kimi,...
Ardını oxu