Şəxsin azadlıq və toxunulmazlıq hüququnun pozulması hansı məsuliyyətə səbəb olur?
Şəxsin Hüquqlarının Pozulması
İnsanların azadlığı hər hansı qanun maddəsində yazılıb yazılmamasından və hər hansı dövlət orqanının qərarından asılı deyil. Hər kəs öz azadlıq hüququ ilə dünyaya gəlir. Bu hüquq təkcə dövlətlərin iradəsinə buraxılmamış, həm də ən vacib beynəlxalq hüquqi sənədlərdə əks etdirilmişdir.
Azadlıq hüququ yalnız müəyyən hallarda məhdudlaşdırıla və ya şəxs bu hüququndan məhrum edilə bilər. Qalan hallarda azadlıq hüququnun təmin edilməsi dövlətin birbaşa vəzifəsidir. Azadlıq hüququna həm üçüncü şəxslər, həm də dövlət orqanlarının əməkdaşları tərəfindən edilən hər hansı müdaxilə məsuliyyətə səbəb olur və şəxsin maddi və mənəvi zərər tələbi hüququnu akitvləşdirir.
Konstitusiyamıza görə hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və bunlar aşağıdakı kimi müəyyən olunur:
- Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
- Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
- Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
- Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
- Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
- Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
- Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən:
- dövlət orqanlarının
- yerli özünüidarə orqanlarının,
- müəssisələrin,
- idarələrin və təşkilatların,
- ictimai birliklərin,
- vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.
Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə əsasən:
- Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarınınyayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
- Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki minmanatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa əsasən, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlət qulluğunun əsas vəzifələrindən biridir. Sözügedən qanunda da şəxsin azadlığını və toxunulmazlığını pozmaqla qanunvericiliyin tələblərini, yəni vəzifə öhdəliklərini hərəkət və ya hərəkətsizliklə yerinə yetirməyən dövlət qulluqçusu barədə intizam cəzası və ya vəzifə səlahiyyətlərinə xitam vermə kimi cəzalar nəzərdə tutulmuşdur.
……………………………………….
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.