Xuliqanlıq Cinayət Tərkibi və Müdafiə Aspektləri

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Xuliqanlıq-Hüquqi müdafiə imkanları

Xuliqanlıq cinayət əməli

Xuliqanlıq cinayət tərkibi, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən ibarətdir. Bu cinayət əməli zor tətbiqi və ya əmlakın məhv edilməsi ilə müşayiət edilə bilər.

1) Xuliqanlıq cinayət tərkibinin anlayışı.

  • Xuliqanlıq cinayət əməli kimi ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. 

Qeyd: Xırda xuliqanlıq inzibati xəta kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. 

2) Xuliqanlıq cinayətlərinin istintaqını aparan orqan hansıdır?   

  • AR Daxili işlər (polis) orqanları 

3) Xuliqanlıq cinayət əməli ilə bağlı cinayət işinə hansı hallarda rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır? 

Aşağıdakı xuliqanlıq əməlləri ilə bağlı cinayət işinə rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır: 

  • Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edənlər. Əlavə olaraq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi; 
  • bir qrup şəxs tərəfindən və ya təkrar törədildilməsi; 
  • ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildilməsi. 

 Qeyd: Rayon məhkəmələri cinayət işlərinə o zaman baxır ki, həmin cinayət tərkibi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət olsun.  

  • Böyük ictimai təhlükə törətməyən cinayət dedikdə, sanksiyasında 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur; 
  • Az ağır cinayət dedikdə isə sanksiyasında 2 ildən  7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

4) Xuliqanlıq cinayət tərkibi əməli ilə bağlı cinayət işinə hansı hallarda ağır cinayətlər məhkəmələri məhkəmə tərəfindən baxılmalıdır? 

Aşağıdakı xuliqanlıq əməlləri ilə bağlı cinayət işinə ağır cinayət məhkəmələri tərəfindən baxılmalıdır: 

  • Yuxarıda sadalanan əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması.  

Qeyd: Cinayət işinə ağır cinayətlər məhkəməsində o zaman baxılır ki, bu cinayət tərkibi ağır və ya xüsusilə ağır olsun. 

  • Ağır cinayət dedikdə sanksiyasında 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.   
  • Xüsusilə ağır cinayət dedikdə isə cinayət tərkibinin sanksiyasında  12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

5) Xuliqanlıq cinayət tərkibi cinayətlərində istintaq müddəti nə qədərdir?   

221.1- cinayət işinin başlanmasından ən geci 2 ay keçdikdən sonra;  

İstintaqın uzadılma müddəti:  2 ay, 1 ay, 1 ay. 

Qeyd: istintaq müddəti 6 aydan çox olmayan müddətdə qutarmalıdır. 

221.2; 221.3 – cinayət işinin başlanmasından ən geci 3 ay keçdikdən sonra;  

İstintaqın uzadılma müddəti: 2 ay, 2 ay, 3 ay 

Qeyd: istintaq müddəti 10 aydan çox olmayan müddətə qutarmalıdır. 

6) Əgər xuliqanlıq cinayət işi ilə bağlı şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən ittiham və ya bəraət hökmü çıxarılmışdırsa, həmin hökmdən hansı müddət ərzində apellyasiya şikayəti vermək mümkündür? 

  • Hökmün elan olunduğu andan 20 gündən  müddətində apellyasiya protesti və ya şikayəti verilə bilər. 
  • Bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 3 ay müddətində verilir. 

7) Apellyasiya instansiya məhkəməsinin qərarından hansı müddətə kasssasiya şikayəti vermək mümkündür? 

  • Qərarın şəxsə təqdim edildiyi gündən 1 ay ərzində verilir. 
  • Bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 3 ay müddətində verilir. 

8) Şəxsin xuliqanlıq cinayət tərkibi əməlindən şikayət ərizəsi   

  • Zərərçəkmiş şəxs ona qarşı törədilmiş xuliqanlıq cinayət tərkibi ilə bağlı Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına ərizə ilə müraciət edə bilər. 2.
  • Həmin ərizədə şəxsə qarşı törədilən xuliqanlıq cinayət tərkibinin əlamətləri (obyekti, obyektiv cəhəti, subyekti, subyektiv cəhəti) göstərilməlidir. 
  • İlk öncə ərizədə onun ünvanlandığı orqan və həmin orqanının başçısı və onun kim tərəfindən yazıldığı qeyd edilməlidir.
  • Şəxs ona qarşı xuliqanlıq cinayət əməlinin törədilməsi ilə bağlı ərizəsində aşağıdakı halları faktlarla əsaslandırmalıdır:  Ona qarşı törədilən bu hərəkətlərin ictimai qaydanı kobud surətdə pozması faktı;  Belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi faktı;  Həmin şəxsin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsinin olması və ya habelə həmin şəxsin əmlakının məhv edilməsi, yaxud zədələnməsi faktı. 
  • Ərizədə şəxs  xuliqanlıq törətmiş şəxsin onun mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduğunu, cəmiyyətdə insanlar arasında formalaşmış qaydaların pozulduğunu (məsələn, gecə vaxtı insanların dincliyinin pozulması) və s. göstərməlidir. Habelə, həmin hərəkətlərin edilməsi zamanı həmin şəxsə qarşı zor işlədilməsi və ya zor işlətmə hədəsinin olduğu, yaxud şəxsin əmlakının məhv zədələnməsi, əmlakının məhv edilməısi halları göstərilməlidir. Əgər şəxsə qarşı sadalanan hərəkətlərdən ən azı biri yoxdursa, bu zaman bu cinayət yox, xırda xuliqanlıq hesab edilməlidir. 

Davamı

  • Şəxs ərizədə ona qarşı törədilən xuliqanlıq əməli zamanı cəmiyyətə açıqca hörmətsizliyin hansı formada ifadə edildiyini göstərməlidir. Məsələn, ictimai yerlərdə, küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini göstərməlidir. Əgər həmin şəxsə qarşı zor işlədilmişdirsə və bu əməl ictimai yerdə yox, şəxsi münasibətlər zəminində evdə, mənzildə, ailədə, yəni ictimai olmayan yerdə baş vermişdirsə, bu xuliqanlıq cinayət əməli sayılmır. 
  • Eyni zamanda şəxs ərizəsində ona qarşı törədilən xuliqanlıq cinayət tərkibinin onun tanıdığı  qohumluq, dost, ailə və s. kimi münasibətlərində olduğu şəxs tərəfindən deyil, başqa tanımadığı şəxs tərəfindən törədilməsini göstərməlidir. Çünki xuliqanlıq cinayət tərkibi yalnız şəxsin tanımadığı, təsadüfən tanışdığı, və ya az tanıdığı şəxs tərəfindən törədilir. 
  • Şəxs ona qarşı tətbiq edilən zorun şəxsin sağlamlığına yüngül, az ağır və ya ağır zərər vurmaqla törədildiyini göstərən faktları əsaslandırmalıdır. Əgər yüngül xəsarət vurulmuşdursa, bu əməl təkcə 221.1 ilə, az ağır və ya ağır zərər vurulmuşdursa, bu əməl müvafiq olaraq Cinayət Məcəlləsinin 221 və 126, və ya 221 və 127 maddələri ilə cinayətlərin məcmusu şəklində tövsif ediləcəkdir. 
  • Əgər şəxsə zor tətbiq etməklə hədələnmişdirsə, ərizədə nə ilə hədələndiyini qeyd etməlidir. Məsələn, döymə, sağlamlığına ağır zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s.  

Davamı

  • Əgər şəxsin əmlakı məhv edilmişdirsə, bu zaman o ərizəsində məhv edilmiş əmlakının bir daha sonradan bərpa edilə bilməyəcəyini bildirməlidir. Əgər əmlak zədələnmişdirsə, əmlakın sonradan bərpa olunacaq dərəcədə zədələnməsi qeyd edilməlidir. 
  • Şəxs xuliqanlıq nəticəsində ona vurulan ziyanın miqdarını ərizədə göstərməlidir:  5000 manatadək – 221.1 ; 5.000-50.000 manat (xeyli miqdar); 50.000-500.000 manat (külli miqdar) – həm 221, həm də 186-cı maddə (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə tövsif edilməlidir. 
  • Əgər xuliqanlıq bir neçə şəxs tərəfindən törədilmişdirsə, və ya təkrar törədilmişdirsə, şəxs ərizədə bunu bildirməlidir. Çünki bu birbaşa əməlin tövsifinə təsir edir, və ağırlaşdırıcı hal hesab edilir.  
  • O cümlədən, əgər xuliqanlıq ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan şəxslərə qarşı və ya ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş şəxslərə qarşı müqavimət göstərməklə törədilmişdirsə. Bu zaman ərizədə bununla bağlı faktlar əsaslandırılmalıdır. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, mitinqlərdə, piketlərdə və s. asayişin təmin edilməsi halları başa düşülür.

Davamı

  • Əgər xuliqanlıq silahdan (tapança, tüfəng, bıçaq və s.). Və ya silah qismində istifadə olunan əşyalardan (balta, mətbəx bıçağı və s.) istifadə edilərək  törədilmişdirsə, bu hallar da ərizədə faktlarla əsaslandırılmalıdır.  Qeyd: bu zaman həm həmin silahladan istifadə edərək şəxsə zərər vurulma, həm də silahların nümayiş etdirilməsi xuliqanlıq əməli hesab olunur.  
  • Daha sonra ərizənin hüquqi əsaslar hissəsində Konstitusiyadan, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsindən müvafiq maddələr əlavə edilməlidir. 
  • Ərizədə xahiş hissəsi qeyd edilməlidir. “X tərəfindən törədilmiş qanunsuz əməllərin araşdırılması, onun etdiyi əməllərə hüquqi qiymət verilməsi və şəxs barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul etməyinizi xahiş edirik.” 
  • Ərizəyə qoşma əlavə edilməlidir. (müqavilə, order, etibarnamə və s.) 
  • Səlahiyyətli şəxsin imzası və tarix göstərilməlidir. 

8) Maddənin mətni: 

221.1. Xuliqanlıq cinayət tərkibi, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edənlər. Əlavə olaraq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə. Habelə özgənin əmlakının məhv edilməsi. Yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri. Və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

221.2. Eyni əməllər: 

221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;  

221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş hallar. Əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə. Yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda. İki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bizimlə əlaqə:

+99450 224 85 05 | +99412 464 80 79

Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə

Bizi izləyin:

LinkedIn: www.linkedin.com/in/parvizmammadovaz

Instagram: www.instagram.com/parvizmammadov.az

Telegram: t.me/mammadovparviz

Sualınız var?