Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanuna dəyişikliklər edilmişdir! - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanuna dəyişikliklər edilmişdir!

Yeni dəyişikliklər əsasən aşağıdakı istiqamətləri əhatə edir:

5-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, Mərkəzi bankın funksiyalarının dairəsi yenidən müəyyənləşdirilmişdir.

6-cı maddəyə edilmiş dəyişikliklərə əsasən, mərkəzi bankın gəlirlərinin dairəsi müəyyən edilir eləcə də istisnalar xarici Mərkəzi Bankın və Dövlətin bir birlərinin öhədlikləri üçün məsuliyyət daşımaması təsbir edilir.

9-cu maddəyə edilmiş dəyişikliklərə əsasən, xarici klirinq təşkilatları ilə müqavilələr bağlama səlahiyyəti təsbit edilmişdir.

21-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, MB İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədrindən daimi əsaslarla işləyən 6 üzvdən və iki kənar üzvdən ibarət olaraq cəmi 9 nəfərdən ibarət müəyyən edilmişdir.

32-ci maddəyə edilmiş dəyişikliklərə əsasən, Mərkəzi Bankda saxlanılan məcburi ehtiyatlara görə Mərkəzi banka faizlər ödəmək hüququ verilir.

Həmin maddəyə edilmiş digər dəyişikliyə əsasən, isə kredit təşkilatı tərəfindən məcburi ehtiyaların hesablanması və ya saxlanılması qaydasının pozulması hallarında həmin təşkilatlara tətbiq ediləcək maliyyə sanksiylaraının tətbiqi mexanizmi və düsturu müəyyən edilir.

40-cı maddə ilə pul nişanlarının dəyişdirilməsi, 41-1 maddə ilə isə pul nişanlarının reproduksiyası tənzimlənir.

Digər bir dəyişiklik Qanuna əlavə edilmiş 50-ci maddə ilə nəzərdə tutulur. Burada xüsusi tənzimləmə rejimi müəyyən edilir. Bu rejim maliyyə bazarlarında innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi məqsədi ilə tətbiq ediləcəkdir. Bu zaman hüquqi şəxslər öz innovativ məhsullarını məhdud çərçivədə Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirməsi təmin edilir.

Daha bir maraqlı dəyişiklik isə Mərkəzi bankın satınalmaları ilə bağlıdır, belə ki, 65-1 maddəsi ilə nəzərdə tutulan dəyişikliyə əsasən, “Dövlət satınalmaları haqqında” Qanun Mərkəzi Bankın aşağıdakı satınalmalarına tətbiq edilməyəcəkdir:

65-1.1.1. kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;

65-1.1.2. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;

65-1.1.3. nağd xarici valyutanın alınması və daşınması;

65-1.1.4. nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar

Lakin bu qeyd edilən istiqamətlərdə satınalmaların necə tənzimlənəcəyi barədə müddəa qeyd edilmir.

Sualınız var?