Məhkəmə Vəkil Qonorarına Müdaxilə Edə Bilərmi?

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

MƏHKƏMƏ VƏKİL QONORARINA MÜDAXİLƏ EDƏ BİLƏRMİ? – “LOSER PAYS” MODELİ

Məhkəmə Vəkil Qonorarına Müdaxilə Edə Bilərmi?

Məhkəmə Vəkil Qonorarına Müdaxilə Edə Bilərmi?

 

Yəqin ki, hər birimiz ən azından bir dəfə hansısa şirkəti mağazanı və ya şəxsi məhkəməyə vermək, onun tərəfindən pozulmuş hüquqlarımızın bərpa edilməsini görmək istəmişik. Lakin sonra aşağıdakı səbəblərin biri və ya bir neçəsinə görə bu fikrimizdən bir çox hallarda daşınmışıq:

  • Ərizəni kim yazacaq?
  • Məhkəməyə kim gedəcək?
  • Vəkil xərcləri nə qədər olacaq?
  • Etibarnamə üçün notariusun rüsumu nə qədər olacaq?
  • Bu işin sonunda mənə dəyən zərər ədalətli hesablanacaqmı?
  • Məhkəmə vəkilə çəkdiyim xərcləri qarşı tərəfdən alıb mənə verəcəkmi?
Bəs necə olur ki, bu qədər geniş hüquq və azadlıqlarımız olduğu halda onları tələb və müdafiə etməkdə tərəddüd edirik?

Burada əsas problemlərdən biri hüquqi müdafiəyə çəkilən xərclərin məhkəmə tərəfindən nəzərə alınmamasıdır. Yəni iddia qaldıran tərəf proqnozlaşdıra bilmir ki, məhkəmə onun vəkilə və digər istiqamətlərə (poçt, ekspertiza, sübutların toplanması və s.) xərclərini qarşı tərəfdən tutub ona qaytarılmasını təmin edəcək ya yox.

Halbuki qanunda açıq aşkar qeyd olunur ki, biz bu istiqamətdə “uduzan ödəsin” mənasına gələn “loser pays” modelini qəbul etmişik. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Normanın məzmunundan da göründüyü kimi, hüquqları pozulan tərəf bu hüquqlarını bərpa etməyə çəkdiyi xərcləri də qarşı tərəfdən alır. Bununla da restitutio in integrum – hüquqların pozulmadan əvvəlki vəziyyətə geri qayıtmasını təmin edirik.

“Loser pays” modeli həm də ona görə geniş istifadə edilir ki, bu hüquqları pozan tərəfi də məhkəməyə getməkdən çəkindirir. Belə olan halda şəxs düşünür ki, indi hüququnu pozduğu şəxslə razılaşarsa və barışıq əldə edərsə, gələcəkdə məhkəmə xərclərini ödəməkdən də yaxa qurtara bilər. Buradan da aydın olur ki, ədalətin təmin olunması baxımından “loser pays” çox uğurlu bir modeldir.

…………………………………

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

 

Sualınız var?