2023-CÜ İL ÜZRƏ YAŞAYIŞ MİNİMUMU
2023 Yaşayış Minimumu Nədir?
Ölkədə vətəndaşların yaşayışını təmin etmək üçün dövlət minimum standartlar müəyyənləşdirir. Yaşayış minimumu isə tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə görə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarətdir. Bəs minimum istehlak səbətinə nə daxildir?
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, minimum istehlak səbəti aşağıdakılara görə hesablanır:
- ərzaq məhsullarının minimum toplusu
- fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu – geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.
- xidmətlərin minimum toplusu – mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.
Bilindiyi kimi, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu eyni zamanda əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsində rol oynayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır .Beləliklə, praktikadan yola çıxaraq desək, uşağa görə alimentin ödənilməsində də yaşayış minimumu nəzərə alınır.
Hal-hazırda Milli Məclisin oxunuşunda olan qanun layihəsinə görə 2023-cü il üçün yaşayış minimumunun ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulur (2023-cü ildə aliment məbləğinin minimum miqdarı). Qeyd edək ki, qanunun 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
Məlumat üçün əvvəlki illərin yaşayış minimumlarının müqayisəli təhlili aşağıdakı cədvəldə əks olunmuşdur:
………………………………….
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.