Hər Kəs Qanun Qarşısında Bərabərdir!

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Hər kəs qanun qarşısında bərabərdir!

Hər Kəs Qanun Qarşısında Bərabərdir!

 Hər Kəs Qanun Qarşısında Bərabərdir!

“Lex uno ore omnes alloquitur.” Nədir?

Latıncadan tərcümədə “qanun hamı ilə bir ağızdan danışır” mənasına gələn bu ifadə hamının qanun qarşısında bərabərliyinə əsaslanır. Mövzuya iki baxımdan yanaşma mümkündür: qanun qarşısında hüquq bərabərliyi və qanun qarşısında şəxslərin məsuliyyət (öhdəlik) bərabərliyi. Bu bloqda bərabərlik anlayışı təhlil ediləcək və Azərbaycan Qanunvericiliyindəki mövqeyi nəzərdən keçiriləcəkdir.

Bilindiyi kimi, insan dünyaya gələndə onun fundamental hüquqları da meydana gəlir və onlar dövlət tərəfindən müəyyən olunmur, sadəcə qorunur. Bu hüquqlar milliyyətindən, cinsiyyətindən, milli və ya etnik mənşəyindən, rəngindən, dinindən, dilindən və ya hər hansı digər statusdan asılı olmayaraq hər kəsə xasdır. Beləliklə, bu nəticəyə gəlinir ki, hüquqlar baxımından insanlar hansısa ayrı-seçkiliyə məruz qala bilməz. Bütün bunlar şəxslərin hüquq bərabərliyi prinsipinə uyğun gəlir. Azərbaycan Respublikasının Konstitusiyasında da bərabərlik məsələsinə toxunulur. Belə ki, hamı qanun və məhkəmə qarşısında bərabər hesab olunur. Eyni zamanda kişi ilə qadının eyni hüquqları və azadlıqlarını tanıyır və qoruyur.

“Heç kəsə irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə və ya hər hansı digər statusa görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.”

Əvvəl də qeyd etdiyimiz kimi, bərabərliyi iki tərəfdən qiymətləndirə bilərik. Yuxarıda fərqləndirilən mətnə münasibətdə bir neçə müxtəlif nəticəyə gəlinə bilər:

  • İnsanların qanun qarşısında məsuliyyət bərabərliyi heç bir güzəşt edilərək və imtiyaz verərilək, eləcə də, hüquq bərabərlikləri şəxslərə hansısa formada zərər vurularaq pozula bilməz.
  • Hər bir şəxsin hüquq azadlığı bir digər şəxsinki başlayana qədərdir. Beləliklə də, şəxsə irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi, sosial mənsubiyyətə və ya hər hansı digər statusa görə imtiyaz verilməsi bir digər şəxsin hüquqlarının pozulmasına gətirə bilər ki, bu da bərabərlik prinsipinə tamamilə ziddir.
  • Bununla belə, şəxslərin hüquqlarını müdafiə və təmin etmək məqsədi ilə nəzərdə tutulan güzəştlərin edilməsi, imtiyazların verilməsindən imtina da Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunazidd hesab olunur.

Qanun qarşısında şəxslərin məsuliyyət bərabərliyinə Cinayət Prosessual Qanunvericilikdən yola çıxaraq nəzər yetirsək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləyə əsasən, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə aşağıda qeyd olunanlara görə üstünlük vermir:

  • vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətinə, dilinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, yaşayış yerinə və olduğu yerə görə
  • qanunla əsaslandırılmamış digər mülahizələrə görə

 

…………………………………….

Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?