İşlə tanış olmaq üçün vəkilə hər cild üçün 5 saat vaxt verilməlidir.
Vəkilə Verilən Müddət Nədir?
Bildiyimiz kimi cinayət işlərində vəkillər iş materialları ilə tanış olarkən müəyyən vaxt məhdudiyyətləri ilə üzləşirlər. İstintaq aparan orqan çalışır ki, vəkil mümkün qədər qısa vaxta işlə tanış olub qurtarsın ki, prosessual müddətləri pozmadan işin məhkəməyə göndərilməsinə nail olsun.
Cinayə Prosessual Məcəllənin 285.4-cü maddəsində iş materialları ilə tanış olmaq üçün kifayət olan vaxt anlayışından istifadə edilir. Bəs bu kifayət olan vaxt obyketiv olaraq necə müəyyən edilməlidir?
Bizim fikirmizcə burda köməyimizə yetkinlik yaşına çatmış şəxslər üçün qəbul edilmiş oxuma normaları gəlməlidir. Hasbrouck və Tindal oxuma normaları var və həmin normalara görə yetkinlik yaşına çatmış insanların oxuma sürəti 1 dəqiqədə 280-330 söz həcmindədir. Bir A4 səhifədə isə təxminən 320-330 söz olur. Cinayət işi materiallarının bir cildində 300 səhifə olduğunu qəbul etsək o zaman ən sürətli oxuyan vəkil üçün 1 cildi oxumağa 5 saat vaxt lazımdır (fasiləsiz, qeydlər aparmadan və təhlil etmədən) iş materiallarının 10 cild olduğunu qəbul etsək deməli vəkilə işlə tanış olmaq üçün ən azı 6 -7 iş günü vaxt verilməlidir.
Oxuma normaları ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.
……………………
Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.
‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.
✔ Bizimlə əlaqə:
?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.
Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.