185 000 manatlıq dələduzluğa görə 7 il 6 ay - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

185 000 manatlıq dələduzluğa görə 7 il 6 ay

Vətəndaş Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsində inspektor vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək dələdzuluq əməli törətmişdir.

Belə ki, şəxs 2003-cü ildə rəsmi nikaha daxil olmuşdur. 2006-cı ildə birgə nikahda olan zaman MTK-lardan birindən 113,7 m2 sahəsi olan obyekt satın almışdır. Sonradan 2008-ci ildə Ağsu rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupundan istintaqla müəyyən edilməyən şəraitdə evli olmasına baxmayaraq ailə vəziyyətini subay qeyd etdirməklə şəxsiyyət vəsiqəsi almışdır. 2015-ci ildə isə həmin vəsiqəni təqdim edərək subay olduğunu və obyekti satmaq üçün həyat yoldaşının razılığının tələb olunmadığnı bildirməklə yuxarıda qeyd edilən 113,7 m2 obyekti zərərçəkmiş şəxsə satmışdır. Bununla da həmin obyekti alan şəxsin 180 000 manat pulunu ələ keçirməklə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan dələduzluq – külli miqdarda (50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə – əməlini törətmişdir.

Bundan xəbər tutan həyat yoldaşı Yasamal rayon məhkəməsinə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmə qərarı çıxarılmasına nail olmuşdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə şəxs təqsirli bilinərək  Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2021-ci ildən hesablanması hökm edilmişdir

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlamış hökmdən Ali Məhkəməyə şikayət edən təqsirləndirilən şəxs (məhkum) isə sonradan öz şikayətini geri götürmüşdür.