430-cu MADDƏYƏ DÖVLƏT QURUMLARINDAN CAVAB

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

430.4-CÜ MADDƏ İLƏ BAĞLI SORĞUMUZA DÖVLƏT QURUMLARINDAN CAVAB

430.4-CÜ MADDƏ İLƏ BAĞLI SORĞUMUZA DÖVLƏT QURUMLARINDAN CAVAB

430.4 -CÜ MADDƏ İLƏ BAĞLI SORĞUMUZA DÖVLƏT QURUMLARINDAN CAVAB

Avansla bağlı məsuliyyət.

430-cu maddəyə dövlət qurumlarından cavab daha əvvəl idxalçı şirkətlərin avans problemi ilə bağlı blog yazımızı sizinlə paylaşmışdıq. AR İXM-nin 430.4-cu maddə ilə bağlı sorğumuza dövlət qurumlarından cavab avans məbləği ödəndikdən sonra malın idxal olunmamasına görə məsuliyyət müəyyən edilmişdir. Normanın məzmunundan da aydın olduğu kimi, hüquqi və fiziki şəxslərə xarici ölkələrdə olan tərəfdaşlarına avans qismində pul köçürdükdən sonra 2 il ərzində  həmin malların (xidmətlərin) idxalını təmin etməli və ya pul vəsatini geri öz bank hesablarına qaytarmalıdırlar .Lakin məsələ ilə bağlı bəzi sual doğuran məqamlar var.

“İdxal” anlayışı.

Belə ki, Gömrük Məcəlləsinə əsasən, mallar ölkəyə daxil olduqdan sonra gömrük anbarı rejimində 3 il saxlanıla bilir. Bəs bu rejimdə saxlanılan mallar idxal olunan mallar hesab edilirmi?

Məsələ ilə bağlı aidiyyatı qurumlara-Mərkəzi banka və Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.

Mərkəzi bankın cavabı.

Sorğumuza Mərkəzi Bankdan verilən cavabda bildirilir ki, qanunvericilikdə “idxal” anlayışına izah verilməmiş və malların gömrük proseduru altında yerləşdirilərkən idxal edilmiş hesab olunması məsələsi qanunvericiliklə tənzimlənməmişdir.

Beləliklə Mərkəzi Bank idxal anlayışının verilməməsini əsas gətirərək gömrük anbarı rejimində saxlanılan mallara dair sənədləri idxal sənədi kimi qəbul etmir və bu mallara münasibətdə cərimə tətbiq edir.

Dövlət Gömrük Komitəsinin cavabı.

Dövlət Gömrük Komitəsinə ünvanladığımız analoji sorğuya cavab olaraq isə bildirilmişdir ki, “malların idxalı”nın mahiyyətinə gömrük qanunvericiliyində hər hansı anlayış verilməmişdir. Lakin qanunvericilikdə “idxal” malların hər hansı məqsədlə ölkəyə gətirilməsi mənasını ifadə edir. Bu səbəbdən mallar ölkə ərazisinə gətirilən zaman gömrük sərhədini keçdiyi andan etibarən idxal olunmuş mallar hesab olunur.

Bu cavabdan belə nəticəyə gəlmək olar ki, gömrük anbarında saxlanılan mallar da idxal edilmiş mallar hesab olunur və bu mallara münasibətdə 430.4-cü maddəyə əsasən cərimə tətbiq edilməməlidir.

Beləliklə, Mərkəzi Bank tərəfindən yuxarıdakı halla qarşılaşan sahibkarlara münasibətdə cərimənin tətbiqi əsassızdır və sahibkarlar bu kimi hallarda məsələni mübahisələndirə bilərlər.

Bu tipli hüquqi problemlərlə qarşılaşdıqda hüquqlarınızın müdafiəsi üçün bizə müraciət edə bilərsiniz.

……………………..

✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?