Müqavilə işinin təşkili – Şirkətlərdə mövcud olan biznes proseslər üzrə müqavilə standartlarının hazırlanması, mövcud standart müqavilə nümunələrinin hüquqi ekspertizası (işgüzar adətlər, məhkəmə təcrübəsi və qanunvericiliyə edilmiş yeniliklər baxımından), qeyri-standart müqavilələr üzrə razılaşdırma və imzalama prosedurlarının hüquqi ekspertizası, prosedurların mövcud olmadığı halda onların hazırlanması, müqavilələrdə olan öhdəliklər üzrə məsuliyyət bölgüsü mexanizmlərinin və preventiv xəbərdarlıq qaydalarının işlənməsi;