Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir. Qanun yeniləndi

In dubio pro reo

(099) 984 00 00

(012) 464 80 79

Axtarış

Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir

Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir

Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir

2024-cü il mayın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin verdiyi qərara görə, şirkət rəhbərliyində baş verən dəyişikliklər şirkətin öhdəliklərinə təsir etmir. Yəni direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir

Məhkəmə qərarına əsasən, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə, Cavabdeh MMC-nin yeni rəhbərliyinin əvvəlki direktor tərəfindən imzalanmış müqaviləni etibarsız hesab etməsinə baxmayaraq, hüquqi qüvvədə qalır. Cavabdeh MMC, müqaviləni ləğv etmək üçün heç bir sübut təqdim etmədiyinə görə, icarə haqqını ödəmək məcburiyyətindədir.

Qərara əsasən:

Şirkət rəhbərinin dəyişməsi, şirkəti əvvəlki rəhbərlik dövründə bağlanmış müqavilələr üzrə öhdəliklərdən azad etmir. Şirkət rəhbəri dəyişdikdə belə, şirkət, əvvəlki rəhbər tərəfindən bağlanmış müqavilələrin icrasını təmin etməlidir. Bu, şirkət adından bağlanan müqavilələrin hüquqi qüvvədə olduğunu və yeni rəhbərliyin həmin müqavilələri icra etməli olduğunu göstərir.

Həmçinin, direktorun dəyişməsi zamanı şirkətin aktiv və passivlərinin rəsmi qaydada təhvil-təslim edilməsinin əhəmiyyətini də vurğulamaq lazımdır. Bu cür hallarda müstəqil auditin cəlb edilməsi tövsiyə olunur. Bu, yeni rəhbərliyin şirkət öhdəlikləri və aktivləri barədə tam məlumatlı olmasını və onların qorunmasını təmin etmək üçün vacibdir. Şirkət rəhbərliyində baş verən dəyişikliklər, şirkət aktivlərinin idarə olunmasına və maliyyə əməliyyatlarının şəffaflığına təsir göstərə bilər.

Bu məqalə, şirkət rəhbərinin dəyişməsi zamanı hüquqi öhdəliklərin davamlılığı və şirkət üçün yaranan hüquqi vəzifələr barədə məlumat vermək məqsədi daşıyır. Direktor dəyişdiyi zaman, şirkətin mövcud müqavilələrinə və öhdəliklərinə dair müvafiq tədbirlər görülməli, aktivlərin təhvil-təslim prosesi düzgün şəkildə aparılmalıdır. Başlıqda bildirdiyimiz kimi: Direktorun dəyişməsi şirkəti öhdəlikdən azad etmir!

………………………
✔Peşəkar hüquqi xidmət üçün bizə müraciət edə bilərsiniz. Detallı şəkildə müzakirə apara bilməyimiz üçün konsultasiyaya gəlməyinizi tövsiyə edirik. Vəkil Pərviz Məmmədov haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz

‣ Korrupsiya cinayətləri;
‣ Mülkiyyət əleyhinə cinayətlər;
‣ İqtisadi fəaliyyət sahəsində cinayətlər.

✔ Bizimlə əlaqə:

?050 224 85 05
?012 464 80 79
?Əhməd Rəcəbli 1, Adore Plaza 4-cü mərtəbə.

 

Eyni zamanda youtube kanalımıza keçid edərək Pərviz Məmmədovun video izahlarına baxa, öz fikirlərinizi bildirə və suallarınıza ətraflı şəkildə cavab tapa bilərsiniz.

Sualınız var?