90 GÜNDƏN ARTIQ ƏMƏK FƏALİYYƏTİNƏ CƏLB OLUNAN ƏCNƏBİ İŞÇİLƏRƏ İŞ İCAZƏSİNİN ALINMASI MÜTLƏQDİR!
Əcnəbi İşçilərin Əmək Fəaliyyəti Bildiyimiz kimi, Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də əcnəbilərin hüquqlarının təmin olunması qaydaları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinə əsasən: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Yuxarıda qeyd edilən maddələrdən də...
Ardını oxu