Pərviz Məmmədov 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini bakalavr pilləsini, 2008-ci ildə isə AR Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının Hüquq Fakültəsini magistratura pilləsini bitirmişdir.
2007-ci ildə “Bank of Baku” ASC-də hüquqşünas olaraq çalışmışdır. Fəaliyyət istiqamətləri, korporativ müqavilələrin hüquqi ekspertizası, yeni müqavilələrin işlənib hazırlanması müqavilələrin razılaşdırılması, bağlanılması və icrası prosesinin hüquqi müşayiət edilməsi istiqiqamətləri olmuşdur.
2008-ci ildə “CLC” Hüquq Şirkətini yaradaraq ona rəhbərlik etmişdir. Bu dövrdə Bank, Maliyyə, İT və s. Sektorda fəaliyyət göstərən yerli və xarici şirkətlərə peşəkar hüquq xidmətləri göstərmiş, eyni zamanda həmin şirkətlərin məhkəmə mübahisələrində nümayəndə qismində çıxış etmişdir.
2013-cü ildə “AZKOLL Kollektor Agentliyini” qurmuş və onun fəaliyyətinə rəhbərlik etmişdir. Həmin dövrdə bir çox bank kredit təşkilatı mobil operator və iri distribütor şirkətlərinin problemli aktivlərinin idarəedilməsini həyata keçirmiş, legal kollekşn komandasına rəhbərlik etmişdir.
2015-ci ildə “MEDLEX” Hüquq Şirkətinin rəhbəri olaraq, AR Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi kimi qurumların nümayəndəsi qismində məhkəmə mübahisələrində çıxış etmiş və onlara peşəkar hüquqi yardım göstərmişdir. Həmin dövrdə Dünya Bankı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində səhiyyə sahəsində bir sıra qanunvericilik aktlarının hazırlanmasında hüquqşünas ekspert kimi iştirak etmişdir.
2019-cu ildə AR Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 21 saylı Vəkil Bürosunda vəkil olaraq qeydiyyata alınmışdır.
2020-ci ildən AR Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodların məhkəmə mübahisələrinin həllində vəkil olaraq çıxış edir. Həmin müəssisələrə peşəkar hüquqi xidmətlər göstərir.
2020-ci ildən SOCAR-ın tabeliyində olan bir neçə qurumda peşəkar hüquqşünas ekspert qismində cəlb edilərək yerli qanunvericilik və məhkəmə təcrübəsi istiqamətləri üzrə konsultasiya xidmətlərini həyata keçirir.
2021-ci ildə müxtəlif dövlət qurumlarında onların sifarişi ilə “Korrupsiya : anlayış və ümumi istiqamətlər” adlı təlimin tədrisini həyata keçirmişdir.
Fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq konfranslarda iştirak etmiş, 20-dən artıq məqaləsi yerli mətbuat orqanlarında dərc edilmişdir.
Rus və ingilis dillərində sərbəst ünsiyyət qurmaq vərdişlərinə malikdir.
In conjunction with his vast know-how, we leverage the robust legal expertise of working in different courts.
In conjunction with his vast know-how, we leverage the robust legal expertise of working in different courts.
In conjunction with his vast know-how, we leverage the robust legal expertise of working in different courts.