Cinayət işləri üzrə vəkillik - Vəkil Pərviz Məmmədov

In dubio pro reo

(050) 224 85 05

(012) 464 80 79

Axtarış

Cinayət işləri üzrə vəkillik

Vəkillik xidmətinin istiqamətləri hüquqları müdafiə olunan şəxsin hüquqi statusuna görə fərqlənir. Əgər vəkil cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi qismində çıxış edirsə bu halda zərərçəkmiş şəxsin və ittiham tərəfinin digər subyektlərinin statusundan tamamilə fərqlənir.

Müdafiə mövqeyindən çıxış edərkən vəkilin fəaliyyəti əsasən aşağıdakı istiqamətlərə yönəlir:

  1. Mümkündürsə şəxsin bəraətverici əsaslarla, əks halda bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə nail olmaq.
  2. Cinayət təqibinin Cinayət Məcəlləsinin mümkün olan  ən yüngül  maddəsi ilə aparılmasına nail olmaq;
  3. Vurulmuş zərərin məbləğinin mümkün olan ən aşağı həcmə salınmasına nail olmaq;
  4. Təqsirləndirilən şəxsin əmlakı barəsində xüsusi müsadirə və digər tədbirlərin görülməsi zamanı həmin əmlakların əldə edilməsi və qiymətləndirilməsi ilə bağlı sübutlar təqdim edərək xüsusi müsadirənin qarşısının alınmasına nail olmaq.

Zərərçəkmiş şəxsin hüquqlarını müdafiə edərkən vəkilin fəaliyyəti aşağıdakı istiqamətlərə yönəlir:

  1. Təqsirləndirilən şəxsin barəsində cinayət təqibinin ittiham hökmünə kimi aparılmasına və onun cəzalandırılmasına nail olmaq;
  2. Zərəçəkmişə və ya onun yaxın qohumlarına zərər vurmuş cinayətkarın Cinayət Məcəlləsinin uyğn gələn ən ağır maddəsi ilə aparılmasına nail olmaq;
  3. Zərərçəkmişə dəymiş zərərin məbləğinin mümkün olan qədər obyektiv araşdırılmaqla ən yükəsk həddinin təmin edilməsinə nail olmaq;
  4. Cinayətkarın cəzasını sonunadək çəkməsinə və yüngülləşdirici hallardan faydalana bilməməsinə çalışmaq.

Hüquqi yardıma və ya məsləhətə ehtiyacınız var? Bizimlə əlaqə saxlayın.

Sualınız var?